Qalxanabənzər vəzdə düyün: Hər zaman xərçəng deyil - Həkim AÇIQLADI
27 İyul 2026, 15:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
494
18.05.2026, 20:20
Yay aylarında havaların temperaturunun yüksəlməsi ilə birlikdə qida zəhərlənmələrinin sayı da ciddi şəkildə artır. Xüsusilə düzgün saxlanılmayan və açıq havada uzun müddət qalan qidalar insan sağlamlığı üçün təhlükəli hesab olunur. Mütəxəssislər bildirirlər ki, isti hava bakteriyaların və müxtəlif mikroorqanizmlərin çoxalması üçün ən əlverişli mühit yaradır.
Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən qastroenteroloq Tərlan Qasımov qeyd edib ki, isti havalarda qida məhsullarında mikrobların çoxalma sürəti dəfələrlə artır və bu da zəhərlənmə riskini yüksəldir.
Həkimin sözlərinə görə, xüsusilə soyuducudan kənarda saxlanılan qidalar qısa müddətdə təhlükəli hala gələ bilir. Ən riskli məhsullar sırasında isə mayonezli salatlar, kremli şirniyyatlar, süd məhsulları, açıq havada satılan fast-food məhsulları və uzun müddət isti şəraitdə qalan dönərlər yer alır.
Tərlan Qasımov bildirib ki, yay aylarında insanların ən çox yol verdiyi səhvlərdən biri bişmiş yeməkləri saatlarla otaq temperaturunda və ya açıq havada saxlamaqdır.
“Bəzi insanlar düşünür ki, yeməyin görünüşündə və ya qoxusunda dəyişiklik yoxdursa, onu istifadə etmək olar. Halbuki bakteriyalar çox vaxt qidanın dadını və görünüşünü dəyişmədən sürətlə çoxala bilir”, – deyə həkim vurğulayıb.
Qastroenteroloq qeyd edib ki, xüsusilə toy məclislərində, pikniklərdə və açıq havada təşkil olunan tədbirlərdə qidaların düzgün saxlanmaması kütləvi zəhərlənmələrə səbəb ola bilər.
Ekspertin sözlərinə görə, isti havalarda süd məhsulları və mayonez tərkibli yeməklər daha tez xarab olur. Kremli tortlar və şirniyyatlar isə bakteriyaların inkişafı üçün ən uyğun qidalardan hesab edilir.
Həkim əlavə edib ki, küçə şəraitində uzun müddət saxlanılan dönər və digər ət məhsulları da ciddi risk yaradır. Xüsusilə temperatur rejiminə əməl edilmədikdə qida təhlükəsizliyi pozulur və nəticədə insan orqanizmində ağır bağırsaq infeksiyaları yarana bilir.
Tərlan Qasımov bildirib ki, qida zəhərlənmələrinin əsas əlamətləri arasında ürəkbulanma, qusma, ishal, qarın ağrısı, halsızlıq və qızdırma yer alır. Bəzi hallarda isə susuzlaşma və ciddi elektrolit pozğunluqları müşahidə oluna bilər.
Qastroenteroloq xəbərdarlıq edib ki, xüsusilə uşaqlarda, yaşlı insanlarda və xroniki xəstəliyi olan şəxslərdə qida zəhərlənməsi daha ağır keçə bilər. Bu səbəbdən əlamətlər yarandığı halda özbaşına müalicə ilə vaxt itirmək düzgün deyil.
“Əgər yeməkdən sonra qusma, ürəkbulanma, ishal, yüksək hərarət və ya güclü halsızlıq yaranırsa, mütləq həkimə müraciət olunmalıdır. Çünki bəzi qida zəhərlənmələri ciddi fəsadlara səbəb ola bilər”, – deyə həkim bildirib.
Mütəxəssis vətəndaşlara yay aylarında qidaların saxlanma qaydalarına xüsusi diqqət yetirməyi, tez xarab olan məhsulları uzun müddət açıq havada saxlamamağı və xüsusilə küçə qidalarını seçərkən diqqətli olmağı tövsiyə edib.
Turan
16:21 / 27 İyul 2026
1
16:18 / 27 İyul 2026
14
16:16 / 27 İyul 2026
23
15:59 / 27 İyul 2026
35
15:45 / 27 İyul 2026
55
15:21 / 27 İyul 2026
68
15:20 / 27 İyul 2026
63
15:17 / 27 İyul 2026
58
14:59 / 27 İyul 2026
71
14:34 / 27 İyul 2026
67
14:28 / 27 İyul 2026
65
14:04 / 27 İyul 2026
87
13:59 / 27 İyul 2026
92
13:55 / 27 İyul 2026
76
13:50 / 27 İyul 2026
91
13:47 / 27 İyul 2026
66
13:40 / 27 İyul 2026
97
13:30 / 27 İyul 2026
91
13:15 / 27 İyul 2026
88
12:59 / 27 İyul 2026
86
12:45 / 27 İyul 2026
79
12:45 / 27 İyul 2026
92
12:38 / 27 İyul 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.