Bu simptomları görsəniz, vaxt itirməyin! - HƏKİM XƏBƏRDARLIĞI
07 İyul 2026, 11:33
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
458
16.04.2026, 18:21
Mədə yanması – sinədə və ya boğaza doğru yayılan yandırıcı hiss – bir çox insanın qarşılaşdığı yayğın problemdir. Mütəxəssislər bildirir ki, bu halın əsas səbəbi qastroezofageal reflüks adlanan vəziyyətdir.
Bu zaman mədədə olan turşu qida borusuna doğru geri qalxır. Qida borusu turşuya qarşı davamlı olmadığı üçün həmin sahədə yanma və narahatlıq hissi yaranır. Problemin xüsusilə yeməkdən sonra, daha çox isə şirniyyat qəbulundan sonra artdığı qeyd olunur.
Oxu24.com xəbər verir ki,həkimlərin sözlərinə görə, şirniyyatların mədə yanmasını artırmasının bir neçə səbəbi var. Şokolad və kremli qidalar mədə ilə qida borusu arasındakı qapağı zəiflədir və turşunun yuxarı qalxmasını asanlaşdırır. Bundan əlavə, yüksək şəkər tərkibi mədədə turşu ifrazını artırır. Şokoladda olan bəzi maddələr də reflüksü gücləndirə bilər.
Eyni zamanda, ağır və şirin qidaların gec həzm olunması səbəbindən turşu mədədə daha uzun müddət qalır və bu da yanma hissini artırır.
Mədə yanmasının əsas əlamətləri arasında sinədə yanma, boğaza turş dadın gəlməsi, köp və uzanarkən narahatlığın artması göstərilir. Mütəxəssislər vurğulayır ki, bu hallar tez-tez təkrarlanırsa, artıq reflüks xəstəliyindən şübhələnmək lazımdır.
Problemin qarşısını almaq üçün şirniyyatın, xüsusilə axşam saatlarında qəbulunun azaldılması, yeməkdən dərhal sonra uzanmamaq, porsiyaların kiçildilməsi və qazlı içkilərlə kofeinin məhdudlaşdırılması tövsiyə olunur.
Nigar
12:25 / 07 İyul 2026
1
12:18 / 07 İyul 2026
18
12:00 / 07 İyul 2026
384
11:58 / 07 İyul 2026
53
11:52 / 07 İyul 2026
131
11:51 / 07 İyul 2026
44
11:33 / 07 İyul 2026
57
11:22 / 07 İyul 2026
88
11:10 / 07 İyul 2026
69
11:09 / 07 İyul 2026
67
11:05 / 07 İyul 2026
67
11:01 / 07 İyul 2026
208
10:53 / 07 İyul 2026
280
10:48 / 07 İyul 2026
65
10:46 / 07 İyul 2026
67
10:39 / 07 İyul 2026
79
10:32 / 07 İyul 2026
71
10:15 / 07 İyul 2026
449
10:12 / 07 İyul 2026
84
09:59 / 07 İyul 2026
84
09:58 / 07 İyul 2026
1033
09:38 / 07 İyul 2026
527
09:34 / 07 İyul 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.