Bu simptomları görsəniz, vaxt itirməyin! - HƏKİM XƏBƏRDARLIĞI
07 İyul 2026, 11:33
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
606
10.04.2026, 12:52
Siflis cinsi yolla keçən xəstəliklərdəndir.Bir çox hallarda bu xəstəlik barədə doğru olmayan informasiya yayılır.
Mövzu ilə bağlı Oxu24.com-a danışan dermatoveneroloq İlqar Quluzadə bildirib ki,sifilis ciddi bir xəstəlik olsa da, vaxtında aşkar edildikdə tamamilə müalicə oluna bilir.
"Əsas problem odur ki, bu xəstəlik çox vaxt "gizlənir" və özünü başqa problemlər kimi göstərir.Sifilis əsasən qorunmasız cinsi əlaqə vasitəsilə keçir.Çox partnyorlu şəxslərdə yoluxma ehtimalı yüksəkdir.Həmçinin, hamiləlik zamanı anadan körpəyə keçmə riski də var. Unutmayın: Erkən diaqnoz gələcəkdə yarana biləcək ağır fəsadların qarşısını alır. Sağlamlığınızı təxirə salmayın",-deyə həkim bildirib.
Sifilis (siflis xəstəliyi) – cinsi yolla keçən bakterial infeksiyadır və mərhələlərə görə əlamətləri dəyişir.
1. İlkin mərhələ
Cinsiyyət orqanlarında, ağızda və ya anus ətrafında ağrısız yara (şankr)
Bu yara adətən 3–6 həftə ərzində öz-özünə sağalır (amma xəstəlik qalır)
2. İkincili mərhələ
Bədəndə (xüsusilə ovuc və ayaq altında) səpgilər
Qızdırma
Boğaz ağrısı
Limfa düyünlərinin böyüməsi
Saç tökülməsi (yamaqlı şəkildə)
Yorğunluq
3. Gizli mərhələ
Heç bir əlamət olmaya bilər, amma infeksiya orqanizmdə qalır
4. Gec mərhələ (müalicə olunmazsa)
Ürək, beyin və sinir sisteminə zərər
Görmə problemləri, iflic, yaddaş pozğunluğu
Hətta həyat üçün təhlükəli ola bilər
Vacib qeyd
Sifilis erkən aşkar edilərsə müalicə olunur (adətən antibiotiklərlə, məsələn Penisilin).
Əlamətlər olmadan da keçə bilər, buna görə risk varsa müayinə vacibdir.
Hazırladı: Jalə
12:31 / 07 İyul 2026
7
12:25 / 07 İyul 2026
23
12:18 / 07 İyul 2026
65
12:00 / 07 İyul 2026
542
11:58 / 07 İyul 2026
55
11:52 / 07 İyul 2026
140
11:51 / 07 İyul 2026
47
11:33 / 07 İyul 2026
60
11:22 / 07 İyul 2026
89
11:10 / 07 İyul 2026
70
11:09 / 07 İyul 2026
68
11:05 / 07 İyul 2026
70
11:01 / 07 İyul 2026
215
10:53 / 07 İyul 2026
296
10:48 / 07 İyul 2026
66
10:46 / 07 İyul 2026
69
10:39 / 07 İyul 2026
80
10:32 / 07 İyul 2026
72
10:15 / 07 İyul 2026
468
10:12 / 07 İyul 2026
87
09:59 / 07 İyul 2026
84
09:58 / 07 İyul 2026
1049
09:38 / 07 İyul 2026
538
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.