Alimlər xərçəng xəstəliyi əleyhinə saqqız hazırlayıblar
12 Noyabr 2026, 10:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
784
09.04.2026, 18:00
Sirroz qaraciyərin uzunmüddətli zədələnməsi nəticəsində yaranan xroniki və irəliləyən bir xəstəlikdir.
Qastroenteroloq-hepatoloq, endoskopist Türkan Allahyarovanın Oxu24.com-a verdiyi məlumata görə, bu proses qaraciyər hüceyrələrinin – hepatositlərin zədələnməsi ilə başlayır və zamanla geri dönməz dəyişikliklərə səbəb olur.
Mütəxəssis bildirir ki, sağlam qaraciyər yumşaq, parenximatoz quruluşa malikdir və burada minlərlə həyati əhəmiyyətli kimyəvi proses baş verir. Lakin müxtəlif səbəblər – virus hepatitləri, alkoqol istifadəsi və ya metabolik pozuntular nəticəsində bu hüceyrələr zədələnir.
Nəticədə qaraciyər özünü bərpa etməyə çalışarkən normal toxumanın yerini birləşdirici, yəni çapıq toxuma alır. Bu proses qaraciyərin sərtləşməsinə və funksiyasının pozulmasına gətirib çıxarır.
Xəstəliyin ilkin mərhələsində qaraciyər böyüyə bilər. Lakin zaman keçdikcə toxuma sərtləşir və orqanın daxilində qan dövranı çətinləşir. Bu zaman qan alternativ yollar axtarmağa başlayır və nəticədə portal hipertenziya – yəni qaraciyər damarlarında təzyiq artımı yaranır.
Bu vəziyyət xüsusilə təhlükəli fəsadlara səbəb olur. Qida borusu və mədədə damarlar genişlənir, varikoz dəyişikliklər baş verir. Bu damarlar çox nazik və həssas olduğundan, kiçik travma belə ciddi qanaxmalara gətirib çıxara bilər. Bəzi hallarda xəstələrdə “qan qusma” kimi ağır simptomlar müşahidə olunur ki, bu da həyati risk yaradır.
Eyni zamanda dalağın böyüməsi, qarın boşluğunda maye toplanması və digər orqanların funksional pozğunluqları da sirrozun nəticəsi kimi ortaya çıxır.
Mütəxəssis vurğulayır ki, sirroz təkcə bir orqanın xəstəliyi deyil – qaraciyər funksiyasını itirdikcə bütün orqanizm bundan təsirlənir. Buna görə də erkən diaqnoz və vaxtında müalicə həyati əhəmiyyət daşıyır.
Jalə
14:15 / 12 Noyabr 2026
62
14:04 / 12 Noyabr 2026
212
13:59 / 12 Noyabr 2026
190
13:55 / 12 Noyabr 2026
72
13:45 / 12 Noyabr 2026
139
13:36 / 12 Noyabr 2026
174
13:29 / 12 Noyabr 2026
80
13:21 / 12 Noyabr 2026
93
13:20 / 12 Noyabr 2026
124
13:18 / 12 Noyabr 2026
374
13:16 / 12 Noyabr 2026
119
13:07 / 12 Noyabr 2026
347
13:04 / 12 Noyabr 2026
78
13:00 / 12 Noyabr 2026
77
12:40 / 12 Noyabr 2026
78
12:25 / 12 Noyabr 2026
109
12:05 / 12 Noyabr 2026
115
11:55 / 12 Noyabr 2026
119
11:50 / 12 Noyabr 2026
135
11:36 / 12 Noyabr 2026
123
11:35 / 12 Noyabr 2026
118
11:34 / 12 Noyabr 2026
181
11:31 / 12 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.