Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
697
12.02.2026, 11:11
Hidronefroz böyrəklərdə sidiyin yığılıb qalması nəticəsində böyrəyin piylənməsi və sidik yollarının genişlənməsi ilə xarakterizə olunan bir vəziyyətdir.
Oxu24.com xəbər verir ki, normalda sidik böyrəklərdən sidik axarına (ureter) və oradan sidik kisəsinə axır.
Əgər sidiyin axmasına hər hansı maneə yaranarsa (daş, daralma, sidik yolunun anadangəlmə qüsuru və s.), sidik böyrəkdə yığılır və böyrək toxumasına təzyiq edərək onun zədələnməsinə səbəb olur.Hidronefroz müalicə olunmasa, böyrək toxuması zədələnə bilər və nəticədə xroniki böyrək çatışmazlığına gətirib çıxara bilər. Erkən diaqnoz və vaxtında müalicə çox önəmlidir.
Hidronefroz diaqnozu USM (ultrasəs müayinəsi), KT (kompüter tomoqrafiyası) və ya MRT uroqrafiya, İVP (intravenoz pieloqrafiya), sidik analizi və qan testləri əsasında qoyulur. USM böyrəkdə maye yığılmasını, böyrəyin piylənməsi və ya genişlənməsigöstərir, KT və ya MRT sidik yolunda maneənin səbəbini aşkar edir, İVP (intravenoz pieloqrafiya)kontrast maddə ilə böyrəklərin işləmə vəziyyətini qiymətləndirir, sidik analizi və qan testləri isə böyrəyin funksional vəziyyətini göstərir.
Müayinə və müalicə uroloq və nefroloq tərəfindən aparılır. Müalicə üsulu hidronefrozu yaradan səbəbdən asılı olaraq dəyişir. Əgər daş səbəbindən yaranıbsa, daşın çıxarılması üçün cərrahi əməliyyat üsulu seçilir. Sidiyin müvəqqəti çıxarılması üçün böyrəkdə drenaj borusunun (stent) qoyulması da müalicə metodlarından biridir.
Sadalanan bütün müayinə və müalicə üsulları icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutları və mərkəzlərində icra olunur.
Məlumat üçün bildirək ki, hidronefrozun əlamətləri yan və ya bel nahiyəsində ağrı (xüsusilə birtərəfli), sidik ifrazında çətinlik, sidikdə qan (hematuriya), tez-tez sidiyə getmə və ya sidik qaçırma, ürəkbulanma, qusma, uşaqlarda qarın boşluğunda şişlik hiss olunması, irəliləmiş mərhələdə isə yüksək təzyiq, böyrək funksiyasının zəifləməsidir.Metbuat.az
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.