Zəli terapiyası kimlərə tətbiq edilməlidir? – FAYDALARI NƏLƏRDİR?
23 Mart 2026, 01:01
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1106
06.02.2026, 14:32
Cəmiyyətimizdə illərdir formalaşmış bəzi qidalanma vərdişləri bu gün ciddi sağlamlıq problemlərinə yol açır. Xüsusilə səhər tezdən uşaqlara və böyüklərə içirdilən şirin çay bir çox ailələr üçün adi görünür.
Oxu24.com xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, bu “adi” vərdiş uzunmüddətli perspektivdə ağır fəsadlara səbəb ola bilər.
Statistik rəqəmlər isə bu təhlükənin miqyasını açıq şəkildə ortaya qoyur.
Tibb mütəxəssislərinin bildirdiyinə görə, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi məlumatlarına əsasən, COVID-19 pandemiyasının ən aktiv dövründə dünyada təxminən 1,8 milyon insan həyatını itirib.
Qeyri-rəsmi məlumatlarda isə bu rəqəmin daha yüksək olduğu qeyd olunur.
Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, diabet xəstəliyindən hər il dünyada 2,5–3,4 milyon insan həyatını itirir. Bu isə şəkərli qidalanmanın pandemiyadan da təhlükəli ola biləcəyini göstərir.
Mütəxəssislər vurğulayırlar ki, səhər tezdən şirin çay içmək orqanizm üçün xüsusilə zərərlidir. Çünki bu vaxt kortizol və qlükaqon hormonları pik həddə olur. Bu hormonların üzərinə əlavə şəkər yüklənməsi qanda qlükozanın kəskin artmasına səbəb olur. Nəticədə insulin balansı pozulur və diabetə gedən yol açılır.
Həmçinin oxuyun
Problem təkcə böyüklərlə məhdudlaşmır. Uşaqlarda bu vərdiş daha ağır nəticələr doğurur. Keçmişlə bu günü müqayisə edən həkimlər qeyd edirlər ki, sovet dövründə uşaqlarda daha çox fiziki aktivlik var idi. Məktəbə girməzdən əvvəl idman edilir, gün ərzində hərəkət çox olurdu. Bu gün isə uşaqların böyük əksəriyyəti passiv həyat tərzi keçirir, vaxtlarının çoxunu telefon və planşet qarşısında keçirirlər.
Həkimlərin praktik təcrübəsində rast gəlinən hallardan biri də ailəvi piylənmədir. Belə ki, artıq çəki problemi olan valideynlərin uşaqları da morbid obezite səviyyəsinə qədər kökəlir. Bu cür ailələrdə qız uşaqlarında erkən inkişaf, hormonal pozuntular, tüklənmə, oğlan uşaqlarında isə hormonal disbalans və süd vəzilərinin böyüməsi müşahidə olunur. Mütəxəssislər bu halların əsas səbəblərindən birinin şirin çay, şokolad, yağlı qidalar və şəkərli içkilər olduğunu bildirirlər.
Bir çox hallarda valideynlər problemi cərrahi müdaxilə ilə həll etməyə çalışırlar. Lakin həkimlər qeyd edirlər ki, düzgün qidalanma və həyat tərzi dəyişiklikləri ilə uşaqlar əməliyyata ehtiyac qalmadan çəki verə bilirlər. Təcrübədə bunun uğurlu nümunələri də mövcuddur.
Mütəxəssislər sonda valideynlərə çağırış edirlər:
şirin çayı təkcə səhər deyil, günün bütün saatlarında normaya salmaq, fiziki aktivliyi artırmaq və uşaqları şəkərli içkilərdən uzaq tutmaq vacibdir. Əks halda, bu gün “sevgi ilə” içirdilən bir stəkan şirin çay sabah ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Hazırladı: Şahbaz
08:37 / 23 Mart 2026
32
08:35 / 23 Mart 2026
20
01:01 / 23 Mart 2026
353
00:31 / 23 Mart 2026
1131
00:29 / 23 Mart 2026
1445
00:27 / 23 Mart 2026
427
00:08 / 23 Mart 2026
1214
00:08 / 23 Mart 2026
155
23:57 / 22 Mart 2026
150
23:55 / 22 Mart 2026
155
23:31 / 22 Mart 2026
591
23:28 / 22 Mart 2026
205
23:24 / 22 Mart 2026
1567
23:19 / 22 Mart 2026
124
23:02 / 22 Mart 2026
199
23:00 / 22 Mart 2026
114
22:43 / 22 Mart 2026
137
22:36 / 22 Mart 2026
4764
22:31 / 22 Mart 2026
201
22:27 / 22 Mart 2026
125
22:23 / 22 Mart 2026
167
22:20 / 22 Mart 2026
90
21:58 / 22 Mart 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.