Daltoniklər dünyanı necə görür?
08 May 2026, 22:06
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
604
06.02.2026, 12:14
Cəmiyyətdə sağlam həyat tərzi ilə bağlı maarifləndirmə hər zaman aktualdır. Xüsusilə də gündəlik vərdişlərin – kondisionerdən istifadə, isti vanna və sauna kimi amillərin insan sağlamlığına təsiri bəzən ya düzgün anlaşılmır, ya da ümumiyyətlə nəzərə alınmır. Halbuki bu cür laqeyd yanaşma gələcəkdə ciddi və geri dönməz fəsadlara yol aça bilər.
Oxu24.com bildirir ki, kondisionerin həddindən artıq istifadəsi, uzun müddət isti vanna və saunalarda qalmaq kişi reproduktiv sağlamlığı üçün təhlükə yarada bilər.
Məlumdur ki, xayaların normal fəaliyyəti üçün onların temperaturu bədən temperaturundan təxminən 2 dərəcə aşağı olmalıdır. Yəni spermatogenez – spermatozoidlərin formalaşması üçün optimal temperatur təxminən 30–35 dərəcə aralığı hesab olunur.
Tibbi izahata görə, uzun müddət isti mühitdə qalmaq xayaların həddindən artıq qızmasına səbəb olur. Bu isə spermanın keyfiyyətinə mənfi təsir göstərir, xaya toxumasını zədələyir və onun funksiyasını pozur. Digər tərəfdən, həddindən artıq soyuq şərait də təhlükəsiz deyil. Soyuq mühitdə orqanizmdə qan dövranı dəyişir, periferik – yəni səthi damarlar yığılır, qan əsasən daxili orqanlara yönəlir. Nəticədə xaricdə yerləşən orqanların, o cümlədən xayaların qidalanması və oksigenlə təminatı zəifləyir.
Həkimlərin sözlərinə görə, həm həddindən artıq isti, həm də həddindən artıq soyuq şərait xaya funksiyasının pozulmasına gətirib çıxarır və bu proseslər gələcəkdə geri dönməyən sağlamlıq problemləri yarada bilər. Bu baxımdan mütəxəssislər vətəndaşları öz sağlamlıqlarına daha məsuliyyətlə yanaşmağa çağırır, temperatur amillərində ifrata varmamağı tövsiyə edirlər.
Həmçinin oxuyun
Bir sözlə, soyuq və istinin normadan artıq olması insan sağlamlığı üçün real təhlükə mənbəyidir. Sağlamlığını qorumaq istəyən hər kəs gündəlik həyatında bu məqamları nəzərə almalıdır.
Hazırladı: Turan
01:00 / 09 May 2026
29
00:48 / 09 May 2026
144
00:30 / 09 May 2026
167
00:21 / 09 May 2026
153
00:00 / 09 May 2026
62
23:40 / 08 May 2026
63
23:25 / 08 May 2026
159
23:17 / 08 May 2026
196
22:47 / 08 May 2026
179
22:38 / 08 May 2026
75
22:28 / 08 May 2026
224
22:14 / 08 May 2026
97
22:13 / 08 May 2026
57
22:06 / 08 May 2026
61
21:59 / 08 May 2026
58
21:48 / 08 May 2026
1170
21:39 / 08 May 2026
229
21:29 / 08 May 2026
87
21:10 / 08 May 2026
188
20:52 / 08 May 2026
278
20:48 / 08 May 2026
127
20:36 / 08 May 2026
81
20:18 / 08 May 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.