Daltoniklər dünyanı necə görür?
08 May 2026, 22:06
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
669
05.02.2026, 22:31
Damar tutulması necə başlayır və risk necə müəyyən edilir?
Damar tutulması damar divarında yaranan iltihabi prosesdən başlayır. Bu iltihab damarların daxili səthini zədələyir və zamanla damarların daralmasına, hətta tam tutulmasına səbəb ola bilər. Bəs damar divarındakı iltihab nədən yaranır?
Oxu24.com xəbər verir ki,mütəxəssislərin fikrincə, damar iltihabına əsasən üç əsas faktor səbəb olur:
Siqaret çəkmək – siqaretin tərkibində olan zərərli maddələr damar divarını birbaşa zədələyir;
Yüksək arterial qan təzyiqi – damar divarına davamlı təzyiq göstərərək onun elastikliyini azaldır;
Şəkərli diabet və şəkərə meyillilik – qanda şəkərin yüksək olması damarların daxili qatında mikrozədələnmələr yaradır.
Bu amillərin təsiri nəticəsində damar divarı daha tez zədələnir və iltihab prosesi sürətlənir.
Bəs damarlardakı iltihabı hansı analizlə müəyyən etmək mümkündür?
Bu məqsədlə ən etibarlı göstəricilərdən biri yüksək həssaslıqlı C-reaktiv zülal (High Sensitivity CRP – hs-CRP) analizidir. Bu analiz olduqca həssasdır və adi CRP testinin aşkar etmədiyi iltihabı belə illər öncədən müəyyən edə bilir.
Nəticələr necə qiymətləndirilir?
Əgər hs-CRP göstəricisi yüksəkdirsə, bu, damar divarında iltihab prosesinin çoxdan başladığını göstərir. Eyni zamanda, infarkt və insult riskinin yüksəlməsi barədə ciddi xəbərdarlıq siqnalı hesab olunur.
Mütəxəssislər tövsiyə edir ki, risk qrupunda olan şəxslər bu analizi vaxtında etdirsin və nəticələrə uyğun olaraq həyat tərzi və müalicə tədbirlərinə ciddi yanaşsınlar.
Hazırladı: Turan
Həmçinin oxuyun
01:00 / 09 May 2026
29
00:48 / 09 May 2026
144
00:30 / 09 May 2026
167
00:21 / 09 May 2026
153
00:00 / 09 May 2026
62
23:40 / 08 May 2026
63
23:25 / 08 May 2026
159
23:17 / 08 May 2026
196
22:47 / 08 May 2026
179
22:38 / 08 May 2026
75
22:28 / 08 May 2026
224
22:14 / 08 May 2026
97
22:13 / 08 May 2026
57
22:06 / 08 May 2026
61
21:59 / 08 May 2026
58
21:48 / 08 May 2026
1170
21:39 / 08 May 2026
229
21:29 / 08 May 2026
87
21:10 / 08 May 2026
188
20:52 / 08 May 2026
278
20:48 / 08 May 2026
127
20:36 / 08 May 2026
81
20:18 / 08 May 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.