Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
911
05.02.2026, 13:34
Bir çox hallarda mədə ağrısı ilə ürək ağrısı bir-birinə çox bənzəyir və bu oxşarlıq insanları çaşdıra bilir. Təəssüf ki, ətrafımızda mədə ağrısı zənn edilən şikayət fonunda infarkt keçirib həyatını itirən insanlar da az deyil. Məhz buna görə bu iki ağrını ayırd etməyi bilmək həyati əhəmiyyət daşıyır.
Oxu24.com xəbər verir ki, ilk növbədə qeyd edək ki, hər iki ağrı mədə nahiyəsində və döş sümüyünün arxasında hiss oluna bilər.
Lakin əsas fərqlər də məhz bundan sonra başlayır.
Ürək ağrısı adətən sol qola, kürəyə, boyuna, çənəyə və boğaza yayılır. Mədə və reflüks ağrıları isə əsasən mədə bölgəsində və döş sümüyü arxasında lokal qalır.
Ağrını artıran faktorlar da fərqlidir.
Mədə ağrıları daha çox:yeməkdən sonra,çox və ya yağlı qidalar qəbul edildikdə,uzanarkən meydana çıxır və şiddətlənir.Bu zaman mədə turşusu yuxarı qalxaraq boğazda yanma hissi yaradır, ağıza acı və turş su gələ bilər.
Ürək ağrıları isə əsasən:fiziki gərginlikdən sonra,gəzinti zamanı,stress fonunda yaranır və dayandıqda və ya dincəldikdə azalır.
Dərmanlara reaksiyalar da mühüm göstəricidir.
Mədə ağrıları mədə qoruyucu və turşu azaldan preparatlarla keçə bilər. Ürək ağrıları isə adətən nitrat tərkibli dilaltı tabletlərlə azalır.
Ağrının müddəti də ciddi siqnaldır.
Ürək ağrıları çox vaxt qısa müddətli olur. Əgər ağrı uzun sürürsə, bu artıq infarkt, ağır fəsadlar və ya həyati təhlükə deməkdir və dərhal təcili tibbi yardım çağırılmalıdır.
Mədə ağrıları isə saatlarla davam edə, daha “həzin” xarakter daşıya bilər və çox vaxt insanı təcili yardıma müraciət etməyə sövq etmir.
Ürək ağrısının ən vacib fərqləndirici əlamətlərindən biri də soyuq tər, güclü narahatlıq və ölüm qorxusu hissinin olmasıdır.
Mütəxəssislər xəbərdarlıq edir:
Bu iki ağrını ayırd edərkən son dərəcə diqqətli olmaq lazımdır. Xüsusilə ürək ağrısına işarə edən əlamətlər müşahidə olunarsa, vaxt itirmədən həkimə və ya təcili yardıma müraciət etmək həyatı xilas edə bilər.
Hazırladı: Turan Etibaroğlu
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.