Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1315
05.02.2026, 12:51
Son dövrlər bir çox insanın diqqət yetirdiyi, lakin əksər hallarda ciddi qəbul etmədiyi əlamətlərdən biri də dilin üzərində sarı ərpin yaranmasıdır.
Oxu24.com xəbər verir ki, bu hal təkcə ağız boşluğuna qulluqla bağlı deyil, bəzən orqanizmdə gedən daha dərin problemlərdən xəbər verə bilər.
Tibb mütəxəssislərinin fikrincə, dil üzərində sarı ərpin yaranmasının ən geniş yayılmış səbəbi ağız gigiyenasına düzgün əməl olunmamasıdır.
Gün ərzində dişlərin fırçalanması ilə yanaşı, dil səthinin də xüsusi dil fırçaları ilə təmizlənməsi vacib hesab olunur. Dil üzərində yığılan qalıqlar bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır və bu da ərpin formalaşmasına səbəb olur.
Digər mühüm səbəblərdən biri ağız quruluğu – tibbi dildə kserostomiya adlanan vəziyyətdir. Ağız boşluğunda tüpürcəyin azalması bakterial balansı pozur və nəticədə dil üzərində sarı ərp əmələ gələ bilir.
Mütəxəssislər qeyd edirlər ki, dil üzərində sarı ərp daxili orqan xəstəliklərinin də əlaməti ola bilər. Xüsusilə qaraciyər və öd yollarının patologiyaları zamanı bu hal daha tez-tez müşahidə olunur. Bundan əlavə, mədə-bağırsaq sistemi xəstəlikləri – qastrit, mədə və onikibarmaq bağırsaq xorası, eləcə də reflü xəstəliyi zamanı da dildə ərp yığılması mümkündür.
Sarı ərp bəzi infeksion və iltihabi xəstəliklər fonunda da ortaya çıxa bilər. Angina, badamcıq iltihabı, kəskin bronxit kimi ağciyər və tənəffüs yolları xəstəlikləri, eləcə də virus mənşəli infeksiyalar, xüsusən qrip zamanı ağız boşluğunda və dil üzərində ərpin artması müşahidə olunur.
Həkimlər siqaret və tütün məmulatlarından həddindən artıq istifadənin də bu problemin yaranmasında mühüm rol oynadığını vurğulayırlar. Tütün tüstüsü ağız boşluğunun selikli qişasına mənfi təsir göstərir və bakterial-göbələk balansını pozur.
Bundan başqa, ağız boşluğunda göbələklərin həddindən artıq artması nəticəsində kandidoz adlı xəstəlik yarana bilər ki, bu zaman dil üzərində bol, bəzən sarımtıl-ağ rəngli ərp formalaşır.
Mütəxəssislər tövsiyə edirlər ki, dil üzərində sarı ərp uzun müddət davam edərsə və ya digər narahatedici əlamətlərlə müşayiət olunarsa, mütləq həkimə müraciət edilsin. Erkən diaqnoz həm ağız boşluğu problemlərinin, həm də mümkün daxili xəstəliklərin vaxtında aşkarlanmasına kömək edir.
Hazırladı: Nigarxanım
08:09 / 14 Noyabr 2026
1
01:15 / 14 Noyabr 2026
102
00:40 / 14 Noyabr 2026
277
00:02 / 14 Noyabr 2026
920
23:58 / 13 Noyabr 2026
152
23:49 / 13 Noyabr 2026
150
23:40 / 13 Noyabr 2026
156
23:28 / 13 Noyabr 2026
155
23:22 / 13 Noyabr 2026
143
23:17 / 13 Noyabr 2026
381
23:09 / 13 Noyabr 2026
166
23:05 / 13 Noyabr 2026
144
23:02 / 13 Noyabr 2026
298
22:53 / 13 Noyabr 2026
152
22:49 / 13 Noyabr 2026
148
22:41 / 13 Noyabr 2026
146
22:36 / 13 Noyabr 2026
170
22:18 / 13 Noyabr 2026
152
22:13 / 13 Noyabr 2026
145
22:03 / 13 Noyabr 2026
1081
21:43 / 13 Noyabr 2026
1203
21:36 / 13 Noyabr 2026
148
21:29 / 13 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.