Qaynar xətt:

(+99450) 247 90 86

Meyiti tapılan tələbə bu rayondan İMİŞ -YENİ DETALLAR

Meyiti tapılan tələbə bu rayondan İMİŞ -YENİ DETALLAR

CƏMİYYƏT

197

14.11.2026, 20:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi,Bakıda Tibb Universitetinin tələbəsi 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb.

Oxu24.com-un əldə etdiyi məlumata görə,qəfil dünyasını dəyişən tələbə Qəbələ rayonu,Yeni Dızaxlı kəndindəndir.Məlumata görə,onlar ailədə 3 uşaqdırlar.

Sadə ailə kənd sakinləri arasında mehriban və təhsilli ailə kimi tanınır.

Kənd sakinlərinin Oxu24.com-a verdiyi məlumata görə,tələbənin ilkin ölüm səbəbi kimi ürək çatmazlığı deyilib.Amma bu rəsmi təsdiqlənmiş rəy deyil.

"Hamımız şokdayıq.Qəfil bu xəbəri aldıq.Atası qızın meyitini gətirmək üçün Bakıya gedib.Ailə çox pərişandır",-deyə kənd sakini bildirib.

Jalə