Qaynar xətt:

(+99450) 247 90 86

8 aydır nazirliyə rəhbərlik edir: Nə adı açıqlanır, nə də üzü görünür 

8 aydır nazirliyə rəhbərlik edir: Nə adı açıqlanır, nə də üzü görünür 

DÜNYA

45

14.11.2026, 21:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İran yeni kəşfiyyat nazirinin adını və simasını 8 aya yaxındır ki, ictimaiyyətə açıqlamır.

Oxu24.com xəbər verir ki, bu il 22 martda İranın informasiya məsələləri üzrə vitse-prezidenti Seyid Məhəmməd Tabatabai “X” sosial şəbəkəsində İran prezidenti Məsud Pezeşkian tərəfindən nazirliyə yeni rəhbər təyin edildiyini açıqlamışdı.

O, yeni nazir barədə məlumatların lazım olan vaxtda veriləcəyini bildirmişdi. Lakin təyinatdan 8 aya yaxın vaxt keçməsinə baxmayaq yeni nazir barədə heç bir rəsmi məlumat yoxdur.

Xatırladaq ki, öncəki kəşfiyyat naziri Seyid İsmayıl Xətib 2026-ci martın 18-də ABŞ və İsrailin İrana hərbi hava hücumları nəticəsində öldürülmüşdü.

Əlavə edək ki, İran konstitusiyasının 135-ci maddəsinə əsasən, prezident tərəfindən nazir vəzifəsinə rəhbər təyin olunan şəxs 3 ay müddətinə nazirliyin rəhbəri ola bilər. 3 ay ərzində prezident nazirlik üçün təklif etdiyi şəxsin adını etimad səsi qazanması üçün İran parlamentinə təqdim etməlidir.

Trend