“Polikistoz yumurtalıq sindromu” termini nədir?
13 May 2026, 22:57
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
726
08.01.2026, 19:39
"Müasir dövrdə, təəssüf ki, yeni xəstəliklər meydana çıxır. Mövsüm dəyişiklikləri payız, qış və yaz ayları insan orqanizmində müəyyən fizioloji dəyişikliklərə səbəb olur. İnsan bədəninin immun sistemi isə bütün orqanların bir-biri ilə əlaqəli, nizamlı və intizamlı şəkildə fəaliyyət göstərməsidir.
Bu sistem orqanizmin gücünü, xarici təsirlərə və təhlükələrə qarşı dözümlülüyünü ifadə edir. Sinir sisteminin sakitliyi, düzgün qidalanma, təmiz hava və su, eləcə də keyfiyyətli qidalar immun sisteminin formalaşmasında əsas rol oynayır. Uşaqlara gəldikdə isə onların sağlamlığının möhkəm təməlləri çox erkən yaşlardan qoyulmalıdır".
Oxu24.com xəbər verir ki,bu fikirləri Redaktor.az-a Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının dosenti, SSRİ-nin ilk antioksidant preparatı "Meksidol"un həmmüəllifi Aydın Əliyev son dövrlərdə yayılan xəstəliklərə qarşı həkim nəzarəti olmadan antibiotiklərdən istifadə edilməsi haqqında danışarkən bildirdi.
"Xalq arasında qədimdən gələn bir ənənə var: səhər saatlarında uşaqların bədəninin nəm dəsmalla yavaş-yavaş silinməsi. Bu üsul uşağın bədənini tədricən soyuğa alışdırmağa, immunitetini gücləndirməyə kömək edir. Düzgün qidalanma da xüsusi əhəmiyyət daşıyır. Əvvəlcə göy-göyərtiyə üstünlük verilməli, bir qədər sonra digər yeməklər qəbul edilməlidir. Xüsusilə ət yeməklərinin çörəklə həddindən artıq yeyilməsindən çəkinmək lazımdır. Ət və digər bərk qidalar yaxşı çeynənməlidir ki, mədəyə əlavə yük düşməsin və sonradan müxtəlif patologiyalar yaranmasın. Bunlar həm xalq təcrübəsinə əsaslanan, həm də elmi cəhətdən sübut olunmuş sağlam qidalanma prinsipləridir. Bu qaydalara əməl olunmadıqda orqanizmdə müxtəlif pozuntular yaranır. Nəticədə temperatur, öskürək, burun axıntısı və digər əlamətlər ortaya çıxır. Bu hallar müxtəlif səbəblərlə, o cümlədən viruslarla əlaqədar ola bilər", - deyə o vurğuladı.
Həkim qeyd etdi ki, virus mənşəli xəstəliklərə antibiotiklərin heç bir təsiri yoxdur:
"Antibiotiklər saf viruslara qarşı təsirsizdir. Azacıq temperatur yüksələn kimi dərman qəbul etmək, xüsusən də uşaqlara dərman vermək düzgün yanaşma deyil. Belə hallarda isti vanna qəbul etmək, bol maye içmək, mürəbbəli çaylar, zoğallı, turş gilaslı, qarağatlı içkilər qəbul etmək daha məqsədəuyğundur. Antibiotiklərə və ümumiyyətlə dərmanlara gəldikdə isə onları həkim məsləhəti olmadan qəbul etmək qəbuledilməzdir. Mən dəfələrlə vurğulamışam ki, təkcə antibiotiklər yox, istənilən dərman yalnız həkim göstərişi ilə qəbul olunmalıdır. Heç bir dərmanı özbaşına qəbul etmək olmaz. Hətta tibblə bağlı əsas arzularımdan biri də budur ki, apteklərdə dərmanlar, xüsusən antibiotiklər reseptsiz satılmasın", - deyə Aydın Əliyev yekunlaşdırdı.
00:25 / 14 May 2026
53
23:53 / 13 May 2026
196
23:36 / 13 May 2026
130
23:05 / 13 May 2026
465
23:05 / 13 May 2026
102
23:03 / 13 May 2026
68
23:00 / 13 May 2026
143
22:57 / 13 May 2026
60
22:55 / 13 May 2026
69
22:53 / 13 May 2026
53
22:38 / 13 May 2026
235
22:05 / 13 May 2026
90
21:30 / 13 May 2026
88
21:29 / 13 May 2026
114
21:22 / 13 May 2026
77
21:16 / 13 May 2026
77
21:15 / 13 May 2026
91
21:10 / 13 May 2026
74
21:09 / 13 May 2026
106
21:04 / 13 May 2026
73
20:58 / 13 May 2026
904
20:42 / 13 May 2026
90
20:32 / 13 May 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.