Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1072
07.01.2026, 22:53
Uzman həkim Dr. Nailə Ələkbərova isti havalarda bəzi su hövzələrində rast gəlinən və “beyni yeyən ameba” kimi tanınan son dərəcə təhlükəli bir canlı ilə bağlı ciddi xəbərdarlıq edib.
Oxu24.com xəbər verir ki, həkimin sözlərinə görə, söhbət bakteriya deyil, birhüceyrəli canlıdan – amebadan gedir. Bu canlı təmiz hesab edilən sularda da mövcud ola bilər və insan orqanizminə düşdükdən sonra qısa müddətdə beyinə yayılaraq ağır, əksər hallarda isə ölümcül nəticələrə səbəb olur.
Dr. Nailə Ələkbərova bildirib ki, yoluxma suyun içilməsi yolu ilə deyil, məhz burundan daxil olması nəticəsində baş verir:“Xüsusilə isti havalarda, durğun sularda temperatur 25–45 dərəcə arasında olduqda bu ameba üçün ideal şərait yaranır. Su buruna daxil olduqda canlı burun selikli qişasından keçərək qoxu siniri – olfaktor sinir vasitəsilə sürətlə beyinə yayılır.”
Onun sözlərinə görə, infeksiyanın ilkin əlamətləri temperaturun yüksəlməsi, şiddətli baş ağrısı, ürəkbulanma və qusma ilə özünü göstərir. Lakin amebanın müəyyən növü beyinə çatdıqdan sonra beyin toxumasını sürətlə məhv etməyə başlayır və bu hallarda xəstənin həyatını xilas etmək çox zaman mümkün olmur.
Həkim xüsusilə şübhəli hovuzlar, durğun sular, termal sular, çaylar və göllərin risk daşıdığını vurğulayıb. Qorunma üçün isə əsas tövsiyə sadə, lakin həyati əhəmiyyətlidir:
“Belə sularda üzərkən burnun suya daxil olmasına imkan verməyin. Mümkün qədər ehtiyatlı davranın.”
Mütəxəssis isti mövsümdə valideynləri və vətəndaşları daha diqqətli olmağa çağırıb və bu cür təhlükələrin ciddi qəbul edilməsinin vacibliyini qeyd edib.
Nigarxanım
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.