Hansı qidaları birlikdə yemək düzgün deyil? Açıqlama
15 May 2026, 14:11
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
804
01.01.2026, 22:17
Bəzi insanar bağırsaqda həddindən artıq qaz,köp və şişdən əziyyət çəkir.
SİBO adlandırılan bu əlamətlər nədən yaranır?
Oxu24.com-un məlumatına görə,SİBO o deməkdir ki, nazik bağırsaqda normaldan artıq bakteriya toplanır.
Bu bakteriyalar yediyimiz qidaları vaxtından əvvəl parçalayır, parçalama sona qədər getmir və nəticədə qaz, köp və şişkinlik yaranır.
Köp hər zaman sadə problem olmur. Uzun müddət davam edirsə, səbəbini araşdırmaq lazımdır.
Çox vaxt Sibo xəstəliyi irritabul bağırsaq sindromu ilə qarışıq salınır, lakin mən öz xəstələrimdə də otuz qırx faiz hallarda bu iki xəstəliyi bir yerdə görürük.
Daha çox bakteriya mövcud olduqda və qidalandıqda, həmişəkindən daha çox köp hiss edə bilərsiniz. Bakteriyalar həmçinin orqanizminiz üçün nəzərdə tutulmuş zülalları və B12 vitaminini, eləcə də yağların həzmində kömək etməli olan öd duzlarını mənimsəyirlər.
SIBO xəstəliyinin simptomları bir çox başqa mədə-bağırsaq xəstəliklərinə bənzəyə bilər və çox vaxt başqa bir xəstəlik SIBO-ya səbəb olur. Vəziyyətinizin ağırlığından asılı olaraq bu simptomların bir neçəsini və ya çoxunu yaşaya bilərsiniz:
Qarın ağrısı.
Qarında şişkinlik
Ürəkbulanma.
Köp.
Həzmsizlik.
Qaz.
İshal.
Qəbizlik.
İstəmədən çəki itirmə.
Yorğunluq.
akin bəiz xəstələrdə digər bağırsağa bağlı olmayan əlamətlərlə də özünü göstərə bilər.
Yuxusuzluq
Baş ağrısı
Halsızlıq
Depressiv hal
SİBO xəstəliyinin yaranmasında etioloji faktorlar arasında uzun müddət qeyri steroid dərmanlardan istifadə, antibiotiklərdən istifadə, bağırsaq mikro florasının pozulması çox önəmli yer tutur.
Risk qrupunda ilkin olaraq qadınlar gəlir. Aşağıda qeyd etdiyimiz xəstəliklərin hər birində SİBO yanaşı olaraq görünə bilər.
Şəkərli diabet
İnsulin dirənci
Metabolik sindrom
Revmatoloji xəstəliklər
İmmun sistemi ilə bağlı digər xəstəliklərdə.
SİBO həmçinin çox önəmli həzm sistemi xəstəliklərində yanaşı olaraq görülə bilər və biz bu xəstəlikləri qarışdıra bilərik.
Bu xəstəliklər hansılardır?
Çölyak xəstəliyi
İltihabi bağırsaq xəstəlikləri
Laktoz intoleransı
İrritable bağırsaq sindromu
Bu zamanda Sibo xəstəliyinin verdiyi əlamətlər görülə bilər.
20:06 / 15 May 2026
1
19:57 / 15 May 2026
50
19:47 / 15 May 2026
116
19:38 / 15 May 2026
40
19:17 / 15 May 2026
93
19:09 / 15 May 2026
77
19:01 / 15 May 2026
62
18:50 / 15 May 2026
68
18:40 / 15 May 2026
78
18:28 / 15 May 2026
83
18:07 / 15 May 2026
78
18:00 / 15 May 2026
88
17:47 / 15 May 2026
183
17:12 / 15 May 2026
73
17:00 / 15 May 2026
214
17:00 / 15 May 2026
78
16:56 / 15 May 2026
153
16:38 / 15 May 2026
75
16:35 / 15 May 2026
76
16:20 / 15 May 2026
90
16:13 / 15 May 2026
227
16:09 / 15 May 2026
69
15:55 / 15 May 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.