Vərəmə niyə kişilər daha çox yoluxur?
28 Mart 2026, 21:03
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
664
31.12.2025, 10:38
Çinin Şandun əyalət xəstəxanasında çalışan mikrocərrahi komanda, Dr. Qiu Shenqiang rəhbərliyində tibb tarixinə düşən unikal bir əməliyyata imza atıb.
"South China Morning Post" nəşrinin yazdığına görə, aprel ayında ağır iş qəzası nəticəsində xəstə Sunun baş dərisi, boynu və üz nahiyəsi ciddi şəkildə zədələnib, dəri çoxsaylı fraqmentlərə parçalanıb, qulaq isə baş dərisi ilə birlikdə tamamilə qopub.
Məlumata görə, cərrahlar ilkin mərhələdə baş dərisini ənənəvi rekonstruktiv üsullarla bərpa etməyə çalışıblar. Lakin qəza zamanı baş dərisinin toxumaları və qan damarları o qədər ağır zədələnib ki, bu metodlar effekt verməyib. Ağır toxuma zədələnməsi səbəbindən qulağın dərhal yerinə tikilməsi mümkün olmadığından, həkimlər radikal bir qərar verdilər:
Qopan qulaq canlılığını qorumaq üçün müvəqqəti olaraq xəstənin ayaq pəncəsinə tikildi. Ayaq nahiyəsində qan dövranının nisbətən yaxşı olması qulağın toxumalarının canlı saxlanmasına imkan verib. Bu mərhələdə əsas məqsəd qulaq toxumasını nekrozdаn qorumaq və qan axınını tədricən bərpa etmək olub.
Həmçinin oxuyun
Təxminən 10 saat davam edən ilk əməliyyat zamanı qalınlığı cəmi 0,2 millimetr olan damarlar uğurla birləşdirildi.
Əməliyyatdan sonra qulaqda damar tutulması yarananda, komanda onu xilas etmək üçün 5 gün ərzində təxminən 500 dəfə manuel (əllə) qan boşaltma proseduru həyata keçirdi.
5 ay müddətində davam edən müayinə və müalicələrdən sonra, yəni oktyabr ayında qulaq uğurla yenidən öz yerinə köçürüldü.
Həkimlər bildiriblər ki, qan dövranı tam bərpa olunub və qulaq demək olar ki, normal görünüşünə qayıdıb.
01:59 / 29 Mart 2026
34
01:09 / 29 Mart 2026
126
00:59 / 29 Mart 2026
117
23:51 / 28 Mart 2026
180
23:24 / 28 Mart 2026
215
23:13 / 28 Mart 2026
164
23:07 / 28 Mart 2026
625
22:56 / 28 Mart 2026
314
22:55 / 28 Mart 2026
78
22:45 / 28 Mart 2026
60
22:37 / 28 Mart 2026
235
22:33 / 28 Mart 2026
870
22:31 / 28 Mart 2026
163
22:03 / 28 Mart 2026
210
21:59 / 28 Mart 2026
83
21:58 / 28 Mart 2026
69
21:49 / 28 Mart 2026
151
21:49 / 28 Mart 2026
173
21:40 / 28 Mart 2026
174
21:36 / 28 Mart 2026
262
21:19 / 28 Mart 2026
90
21:08 / 28 Mart 2026
861
21:05 / 28 Mart 2026
299
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.