Hamiləliyin ilk 12 həftəsi nələrə diqqət edilməlidir?
31 Yanvar 2026, 21:50
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
604
29.12.2025, 22:06
Uşaqlarda inkişaf geriliyi bir və ya bir neçə sahədə (nitq, hərəkət, zehni, sosial-emosional inkişaf) yaşına uyğun bacarıqların gec formalaşmasıdır.
Mövzu ilə bağlı pediatr Nigar Bayramova Oxu24.com-a açıqlamasında bildirib ki, gündən-günə uşaqlarımız arasında inkişaf gerilikləri, autism spektr pozulmalarının rast gəlmə tezliyi artır və ailələrimiz çarəsiz hiss edir:
“Bildirmək istəyirəm ki, inkişaf geriliyi diaqnoz deyil, araşdırılması və dəstəklənməsi lazım olan bir həyəcan siqnalıdır. Uşaq inkişafının, xüsusilə, ilk 3 ildə professional mütəxəssislər tərəfindən qiymətləndirilməsi, şübhəli əlamətlər görən valideynlərin diqqəti və erkən müraciəti uşağın gələcək potensialını ciddi şəkildə dəyişə bilər”.
-İnkişaf geriliyi nədir və hansı hallarda tibbi problem sayılır?
“İnkişaf geriliyi uşağın yaşına uyğun olaraq gözlənilən motor, nitq, sosial, idrak və adaptiv bacarıqları vaxtında qazanmaması deməkdir. Hər uşaq fərqli tempdə inkişaf etsə də, müəyyən yaş mərhələlərində əsas bacarıqların olmaması artıq tibbi qiymətləndirmə tələb edir. Əgər uşaq bir və ya bir neçə inkişaf sahəsində yaşıdlarından nəzərəçarpacaq dərəcədə geri qalırsa, bu hal tibbi problem kimi qəbul olunur və səbəbi araşdırılmalıdır”.
-Uşaqlarda inkişaf geriliyinin ən əsas səbəbləri hansılardır?
İnkişaf geriliyinin səbəbləri çoxşaxəlidir və adətən bir neçə faktor birlikdə rol oynayır:
1)Genetik və xromosom anomaliyaları
2)Hamiləlik və doğuş zamanı oksigen çatışmazlığı
3)Erkən doğuş və aşağı doğum çəkisi
4)Mərkəzi sinir sistemi xəstəlikləri
5)Metabolik və endokrin pozğunluqlar
6)Xroniki xəstəliklər və tez-tez ağır infeksiyalar
6)Psixososial stimulyasiya çatışmazlığı
-Hamiləlik dövründə ananın hansı vərdişləri və ya problemləri bu vəziyyətə yol aça bilər?
Hamiləlik dövrü uşağın inkişafı üçün çox həssas mərhələdir. Aşağıdakı faktorlar risk yarada bilər:
-Ananın siqaret, alkoqol və narkotik maddələrin istifadəsi
-Düzgün qidalanmama, vitamin və mikroelement çatışmazlığı
-Nəzarətsiz dərman qəbulu
-Hamiləlikdə infeksiyalar
-Şəkərli diabet, arterial hipertenziya kimi xroniki xəstəliklər
-Güclü stress və psixoloji gərginlik
-Valideynlərin fərqində olmadan etdiyi hansı səhvlər inkişaf geriliyini dərinləşdirə bilər?
“Valideynlər çox vaxt yaxşı niyyətlə, lakin yanlış davranışlarla vəziyyəti ağırlaşdıra bilirlər:
-Uşağı erkən yaşlardan, uzun müddət ekran qarşısında qoymaq
-Onun yerinə hər işi etmək, fürsət verməmək
-Nitq və sosial stimulyasiyanın az olması
-“Atası da 5 yaşında dil açıb, və ya heçnə olmaz vaxtı gələndə açılar” deyə gecikməni normallaşdırmaq
-Peşəkar qiymətləndirməni gecikdirmək
-İnkişaf geriliyinin ilk əlamətləri hansı yaşlarda özünü göstərir?
“İnkişaf geriliyinin əlamətləri ilk aylardan etibarən müşahidə oluna bilər:
Əgər 6 aylıq körpə: göz təması zəifdir, çevrilmirsə,
9 ayında: oturmur, səslərə reaksiyası azdırsa
12 ayında: söz demir, işarə etmirsə
18 ayında: yerimə gecikir, söz ehtiyatı çox azdırsa
2–3 yaş: cümlə qurmursa, sosial ünsiyyəti zəifdirsə bizə-inkişaf mütəxəssislərinə inkişafın təfərrüatlı dəyərləndirilməsi üçün müraciət etmələri vacibdir. Erkən dövrdə aşkarlanan inkişaf geriliyi daha effektiv müdaxilə və daha yaxşı nəticə deməkdir.
Çimnaz Telmanqızı
23:57 / 31 Yanvar 2026
213
23:47 / 31 Yanvar 2026
173
23:25 / 31 Yanvar 2026
205
23:10 / 31 Yanvar 2026
184
22:58 / 31 Yanvar 2026
90
22:52 / 31 Yanvar 2026
199
22:42 / 31 Yanvar 2026
134
22:12 / 31 Yanvar 2026
728
22:10 / 31 Yanvar 2026
80
21:58 / 31 Yanvar 2026
542
21:50 / 31 Yanvar 2026
73
21:46 / 31 Yanvar 2026
81
21:40 / 31 Yanvar 2026
104
21:34 / 31 Yanvar 2026
3074
21:11 / 31 Yanvar 2026
754
21:01 / 31 Yanvar 2026
375
20:58 / 31 Yanvar 2026
131
20:54 / 31 Yanvar 2026
88
20:49 / 31 Yanvar 2026
91
20:44 / 31 Yanvar 2026
122
20:38 / 31 Yanvar 2026
368
20:32 / 31 Yanvar 2026
103
20:25 / 31 Yanvar 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.