Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ bu halda İrana zərbə endirməyəcək - Tramp 

ABŞ bu halda İrana zərbə endirməyəcək - Tramp 

DÜNYA

36

15.11.2026, 11:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Prezidenti Donald Tramp müşavirlərinə bildirib ki, husilər təxribat törətmədiyi təqdirdə, ABŞ İrana zərbə endirməyə bilər.

Oxu24.com  xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, Tramp son günlər müşavirləri ilə keçirdiyi görüşlərdə qeyd edib ki, ABŞ qüvvələri husilər tərəfindən yeni təxribatlarla üzləşməyəcəyi təqdirdə, İrana zərbələr endirməkdən çəkinə bilər.

Nəşr qeyd edir ki, ABŞ prezidenti hələlik bu münaqişəyə necə son qoyacağı ilə bağlı yekun qərar verməyib.

Bununla yanaşı, Tramp regiondakı müttəfiq ölkələrin mövqeyini də nəzərə alır. Həmin ölkələrin nümayəndələri ondan genişmiqyaslı hərbi əməliyyatları yenidən başlamamağı xahiş ediblər.