Yağlı seboreya saç tökülməsini sürətləndirə bilər – mütəxəssis xəbərdarlığı
17 Mart 2026, 21:47
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
630
18.12.2025, 13:34
Oxu24.com xəbər verir ki, demensiya əksər hallarda yaddaş itkisi ilə əlaqələndirilsə də, mütəxəssislər bildirir ki, xəstəliyin ilkin mərhələlərində daha fərqli və çox vaxt nəzərdən qaçan əlamətlər ortaya çıxır.
Emosional soyuqluq, stresə qarşı həssaslığın artması və davranış dəyişiklikləri demensiyanın ilk siqnalları ola bilər.
Emosional soyuqluq nədir və niyə təhlükəlidir?
-Emosional soyuqluq insanın ətrafındakı hadisələrə, yaxınlarına və gündəlik həyata qarşı əvvəlki kimi reaksiya verməməsi ilə xarakterizə olunur. Şəxs sevinc, kədər və ya empati hisslərini daha zəif ifadə edir, sosial münasibətlərdən uzaqlaşır. Bu dəyişikliklər çox vaxt “yorğunluq” və ya “yaşla bağlı hal” kimi qiymətləndirilsə də, əslində beynin emosiyaları idarə edən sahələrində baş verən pozuntularla əlaqəli ola bilər. Nevroloqların fikrincə, xüsusilə frontal payın zədələnməsi emosional reaksiyaların zəifləməsinə səbəb olur ki, bu da demensiyanın erkən mərhələsində rast gəlinən hallardandır.
Xroniki stres təkcə psixoloji vəziyyətə deyil, beynin funksiyalarına da ciddi təsir göstərir. Uzunmüddətli stres zamanı orqanizmdə kortizol hormonunun səviyyəsi yüksəlir. Bu hormonun davamlı yüksək olması yaddaş, diqqət və qərarvermə mexanizmlərini zəiflədə bilər.
Araşdırmalar göstərir ki, stres altında olan insanlarda beyin hüceyrələri arasında əlaqələr zəifləyir. Bu isə zamanla koqnitiv geriləməyə və demensiya riskinin artmasına səbəb ola bilər.
Demensiyanın ilkin mərhələsində insanın xarakterində də fərqlər müşahidə oluna bilər. Səbirli və ünsiyyətcil olan biri əsəbi, laqeyd və ya aqressiv davranmağa başlaya bilər. Bəzən bu dəyişikliklər ailə üzvləri tərəfindən psixoloji problem kimi qəbul edilir və tibbi müayinəyə ehtiyac duyulmur. Halbuki, bu cür dəyişikliklər ciddi nevroloji problemlərin xəbərçisi ola bilər.
Həmçinin oxuyun
Mütəxəssislər vurğulayır ki, demensiyanın erkən mərhələdə aşkar olunması xəstəliyin gedişatını yavaşlatmağa kömək edir. Emosional dəyişikliklər, stresə qarşı dözümsüzlük və sosial geriçəkilmə kimi əlamətlər vaxtında qiymətləndirildikdə, həm tibbi, həm də psixoloji müdaxilə imkanları artır.
Çimnaz Telmanqızı
23:57 / 17 Mart 2026
1
23:39 / 17 Mart 2026
117
23:25 / 17 Mart 2026
98
23:11 / 17 Mart 2026
174
22:53 / 17 Mart 2026
139
22:46 / 17 Mart 2026
231
22:40 / 17 Mart 2026
57
22:16 / 17 Mart 2026
85
22:13 / 17 Mart 2026
542
22:08 / 17 Mart 2026
57
21:59 / 17 Mart 2026
250
21:57 / 17 Mart 2026
159
21:47 / 17 Mart 2026
49
21:43 / 17 Mart 2026
185
21:41 / 17 Mart 2026
46
21:37 / 17 Mart 2026
55
21:31 / 17 Mart 2026
479
21:30 / 17 Mart 2026
188
21:09 / 17 Mart 2026
4122
21:09 / 17 Mart 2026
225
20:59 / 17 Mart 2026
609
20:54 / 17 Mart 2026
197
20:53 / 17 Mart 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.