Media: Milyonlarla avropalı hepatitlə yaşadıqlarını bilmir
28 İyul 2025, 18:27
Qaynar xətt:
(+99450) 247 90 86Körpənizi havaya atıb-tutanda 2 dəfə düşünün: Dəhşətli fəsadlar
TİBB
318
11.05.2025, 22:03
Uşaq Sağlamlığı üzrə mütəxəssis Dr. Ferunda Demir valideynləri xəbərdar edib.
Körpəni yelləmək, tullamaq və ya havaya atmaq kimi sevgi nümayişləri beyin qanaması, tənəffüs dayanması və göz daxili qanama kimi ciddi sağlamlıq riskləri yarada bilər.
Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis Dr. Ferunda Demir xüsusilə 1 yaşdan kiçik körpələrə qarşı edilən bəzi yanlış hərəkətlərin ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
O, bildirib:
"Sevgi göstərərkən geri dönüşü olmayan nəticələrə səbəb ola bilərik."
O, körpələri yelləməyin və havaya atıb tutmağın təhlükələrinə xüsusi diqqət çəkib.
"Yelləmək - doğru bilinən yanlışlardan biridir"
Cəmiyyətdə körpələri ağlamaqdan sakitləşdirmək və ya güldürmək üçün edilən yelləmə, tullanma və havaya atıb tutma kimi hərəkətlərin əslində təhlükəli olduğunu bildirən Dr. Demir deyib:
"Körpələrin baş ölçüsü, bədənlərinə nisbətən daha böyükdür. Bu da baş nahiyəsinə gələn sarsıntıların daha ciddi nəticələrə yol açmasına səbəb olur. Başın irəli, geri və ya yana sarsılması beyin damarlarında yırtıqlara, göz daxili qanamalara və hətta beyin qanamasına səbəb ola bilər."
"Zehni və fiziki zədələr baş verə bilər"
Həmçinin oxuyun
Dr. Demir bildirib ki, sarsıntı nəticəsində yalnız beyində deyil, tənəffüsü idarə edən sinirlərdə də zədələnmələr ola bilər:
"Bu cür travmalar qəfil tənəffüs dayanmasına səbəb ola bilər. Sadəcə əylənmək və ya sakitləşdirmək məqsədilə edilən bu hərəkətlər körpələrdə həyati təhlükə yarada bilər."
Dr. Demir qeyd edib ki, bəzən körpələrin havaya atılıb tavana çırpıldığı və ya yerə düşərək travma aldığı hallar da müşahidə olunur:
"Bu cür qəzalar həm baş, həm də bədən travmalarına səbəb olur. Qalıcı zehni və fiziki zədələr yarana bilər."
"Göz təması sağlam bağlanmanı dəstəkləyir"
Dr. Demir körpələri sevməyin ən düzgün yolunun yumşaq və sakit bir təmas olduğunu vurğulayıb:
"Körpə ilə göz təması qurmaq, onunla danışmaq, mahnı oxumaq, toxunmaq kimi üsullar həm inam yaradır, həm də sağlam bağlanmanı dəstəkləyir. Bunun üçün körpənin bezinin təmiz, qarnının tox və ümumilikdə rahat olması da vacibdir."
Sonda Dr. Demir sarsıntı və ya travma sonrası müşahidə edilə biləcək əlamətləri də sadalayıb:
"Əgər körpə bir nöqtəyə sabit baxırsa, davranışlarında qəribəlik varsa, şiddətli qusma, gözlərdə sürüşmə kimi əlamətlər müşahidə olunursa, mütləq həkimə müraciət olunmalıdır. Erkən müdaxilə qalıcı zədələrin qarşısını ala bilər."/Milli.Az
22:54 / 28 İyul 2025
Tramp: Putinə Ukrayna ilə razılaşmaq üçün 10 gün vaxt veririk
196
22:38 / 28 İyul 2025
Şəxsiyyət vəsiqəsinin fotosunu “WhatsApp”la göndərənlərə XƏBƏRDARLIQ
320
22:24 / 28 İyul 2025
Bakıda 105 yaşlı universitetin adı dəyişdirilir
101
21:55 / 28 İyul 2025
FHN açıqlama yaydı: Ölən və yaralılar var
449
21:31 / 28 İyul 2025
Ağalarov da Bakıya gəldi - O da Rusiyadan gedir?
378
21:05 / 28 İyul 2025
SON DƏQİQƏ! Rusiya miqrantlarla bağlı elə qərar qəbul etdi ki...- Bu şəxslər işsiz qalacaq
827
20:49 / 28 İyul 2025
Rusiyada güclü zəlzə baş verib
98
20:47 / 28 İyul 2025
Tramp Putinin Ukrayna ilə bağlı dediklərini yalan saymaqdan imtina edib
55
20:46 / 28 İyul 2025
Rusiya kanallarının yayımı niyə dayandırılmır?
102
20:43 / 28 İyul 2025
Rusiyada dollar BAHALAŞDI
249
20:40 / 28 İyul 2025
Vəzifəli qadın azərbaycanlı futbolçunun evindən oğurluq edibmiş...
63
19:13 / 28 İyul 2025
DTX-dən şok əməliyyat: Tutulan şəxslərin imtahanla nə əlaqəsi?
1430
18:58 / 28 İyul 2025
Yadplanetlilərin gəmisi hərəkətə başladı: Bu tarixdə Yerə enəcəklər - Qırğınlar törədəcəklər
375
18:54 / 28 İyul 2025
Yunanıstanda həftəsonu baş verən yanğınlarda 40 min hektardan çox ərazi yanıb
65
18:27 / 28 İyul 2025
Media: Milyonlarla avropalı hepatitlə yaşadıqlarını bilmir
63
18:23 / 28 İyul 2025
90 yaşlı qadının meyiti tapıldı
64
18:20 / 28 İyul 2025
Tramp Putinlə ünsiyyətdən danışıb
62
18:01 / 28 İyul 2025
Ukrayna “Taurus” raketlərinin tədarükünün gecikməsindən məyus olub
63
17:45 / 28 İyul 2025
Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb
78
17:33 / 28 İyul 2025
Pensiya gözləyənlərə ŞAD XƏBƏR!
635
17:21 / 28 İyul 2025
Nazirlər Kabineti yeni qərar QƏBUL EDİB
600
17:09 / 28 İyul 2025
Bakının cənub girişində hərəkət məhdudlaşdırılacaq
89
17:06 / 28 İyul 2025
Bu rayonda əməliyyat keçirilib
76
16:57 / 28 İyul 2025
Dikdaban ayaqqabıları çıxarıb əsgər çəkməsi geyinəcəklər
93
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.