Hansı qidalar qan şəkərini yüksəldir?
19 Noyabr 2026, 23:15
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1247
28.01.2025, 09:20
Artan dəlillər göstərir ki, qrip və digər respirator viruslar (sinsitial virus HRSV, metapnevmovirus - HMPV) bağırsaqda immun reaksiyalara, iltihaba və bağırsaq mikrobiotasında ( insan bağırsaqlarında milyardlarla faydalı mikroorqanizmlər vardır ki, onlar bağırsağın selikli qişasını toksinlərdən, zərərverici mikroblardan qoruyur, qidamızın tam həzm olunmasında iştirak edirlər. Bu mikrocanlılar birlikdə bağırsaq mikrobiotası adlanır) dəyişikliklərə səbəb olur. Bu isə, ağciyərdəki viral infeksiyaların sistemik xəstəliklərə səbəb ola biləcəyini göstərir. İnsan metapnevmovirusu son zamanlar yayılmış və pnevmoniyaya səbəb olan və az öyrənilmiş viruslardan biridir. HMPV 2001-ci ildə aşkar edilmişdir və xüsusilə, 5 yaşdan kiçik uşaqlarda pnevmoniya və bronxiolitin yaranma səbəbləri arasında ikinci yerdə durur. İnsan metapnevmovirus respirator infeksiyası həm anadangəlmə, həm də adaptiv (yəni qazanılma) bağırsaq immunitetinə təsir göstərir. HMPV - insan pnevmovirusunun simptomları hansılardır? - öskürək, burun tutulması,zökəm, yüksək temperatur, boğaz ağrısı, ürəkbulanma, qusma, ishal. Antibiotiklər viruslara təsir göstərmir və ancaq ağırlaşmalar olduğu halda qəbul edilə bilər ki, bunlar da həkim tərəfindən təyin edilməlidir.
Qeyd olunduğu kimi, virususun təsirindən bağırsaq immuniteti aşağı düşür və bağırsağın iltihabı baş verir. Bu da nəticə etibarı ilə ishalın yaranmasına səbəb olur.
.jpg)
İshal və ya diareya hallarında ENTEROL preparatının qəbulu, nəinki, virusun bağırsaqda yaratdığı iltihabı və diareyanı aradan qaldırır, ENTEROL həm də antitoksiki, bərpaedici və immunitetin artırılması (Enterol qəbulu bağırsaqda immunglobulin A sintezinin və qısa həlqəli yağ turçularının artmasna səbəb olur ki, bunlar immun reaksiyalarda əsas tənzimləyicilər hesab olunur) kimi təsirlər də göstərərək xəstəliyin tez keçib getməsinə səbəb olur. ENTEROL 0 yaşdan qəbul oluna bilər. Aptekdən reseptsiz buraxılır.
Simptomlar əleyhinə düzgün tədbirlər aparıldıqda xəstəlik 3-5 gündən sonra keçib gedir, lakin bəzi hallarda, 65 yaşdan yuxarı xəstələrdə, kiçik yaşlı uşaqlarda, immuniteti zəif olan insanlarda ağırlaşmalara səbəb ola bilər. Bu zaman xəstəliyin müddəti uzanır. Xəstəliyin simptomları 2 həftədən çox davam edərsə, qızdırma 5 günə normaya düşməzsə, və ya nəfəs almaqda çətinlik varsa, ya ciddi xəstəliyin başqa əlamətləri varsa, mütləq həkimə müraciət etmək lazımdır.
11:03 / 20 Noyabr 2026
1
11:01 / 20 Noyabr 2026
15
10:49 / 20 Noyabr 2026
46
10:40 / 20 Noyabr 2026
50
10:20 / 20 Noyabr 2026
68
10:20 / 20 Noyabr 2026
59
10:16 / 20 Noyabr 2026
76
10:10 / 20 Noyabr 2026
104
10:10 / 20 Noyabr 2026
69
10:03 / 20 Noyabr 2026
256
10:00 / 20 Noyabr 2026
126
10:00 / 20 Noyabr 2026
99
09:51 / 20 Noyabr 2026
79
09:46 / 20 Noyabr 2026
83
09:41 / 20 Noyabr 2026
85
09:34 / 20 Noyabr 2026
106
09:31 / 20 Noyabr 2026
685
09:26 / 20 Noyabr 2026
84
09:14 / 20 Noyabr 2026
94
09:01 / 20 Noyabr 2026
72
08:37 / 20 Noyabr 2026
70
23:55 / 19 Noyabr 2026
190
23:26 / 19 Noyabr 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.