Qaynar xətt:

(+99450) 247 90 86

Bu virus hamiləliyin düşmənidir - DİQQƏT!

Bu virus hamiləliyin düşmənidir - DİQQƏT!

TİBB

2324

01.05.2018, 19:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Sitomeqalovirusun adı az eşidilsə də, müasir dövrdə tez-tez rast gəlinən virusdur. Bu virus hər bir insanın orqanizmində uşaqlıq dövründən mövcuddur. Virus özünü daha çox hamiləlik zamanı büruzə verir. Sitomeqalovirus herpes ailəsinə aid olub, çox təhlükəlidir. Yer üzündəki insanların 80 faizində sitomeqalovirus var.
Oxu24.com  axşam.az-a istinadən bildirir ki, bu virus tibb elminə 1956-cı ildən məlumdur. Amma onun nə səbəbdən meydana gəldiyi və birdəfəlik müalicəsi hələ də öyrənilməyib. Hamiləlik zamanı virus cift vasitəsilə körpəyə keçə bilər. Bu isə körpədə inkişaf geriliyi, göz zəifliyi, eşitmə itkisi, qaraciyər və dalaqda böyümə, anemiya, sarılıq, diş anomaliyaları, sümük deformasiyası kimi xəstəliklərin yaranmasına səbəb olur. Virus nəticəsində yaranan bu problemlərin əksəriyyəti doğumdan dərhal sonra müşahidə edilsə də bəzi fəsadlar körpə böyüdükdən sonra ortaya çıxır. Belə körpələr əsasən azçəkili doğulurlar.
Sitomeqalovirus orqanizmdə daim qalır. Müalicə yaxşı aparılarsa, körpəyə virusun yoluxması 1 faiz ola bilər. Onun tamamilə təmizlənməsi mümkün deyil. Virusun yoluxma səbəbləri: · Tüpürcək · Sidik · Nəcis · Hava-damcı yolu · Ana südü · Vaginal ifrazat · Sperma · Cinsi əlaqə · Qan nəqli · Yuyulmayan meyvə Əlamətləri: Virus çox vaxt əlamətsiz ötüşür. Əlamətlər daha çox hamiləlik dövründə özünü göstərir: · Yüksək hərarət · Boğaz ağrısı · Limfa vəzilərinin şişməsi · Oynaq ağrıları · İmmunitetin aşağı düşməsi Müalicəsiz qalan virus: İnfeksiyanın müalicə edilməməsi hamiləliyin vaxtından tez pozulmasına, güclü baş ağrılarının yaranmasına, yaddaşın zəifləməsinə gətirib çıxarır. Diaqnoz: Hamiləlikdən əvvəl qadın yoxlanmalı, virusun ağırlıq dərəcəsi aşkarlanmalıdır. Qanda anticismin səviyyəsi ölçülür. Qana seroloji reaksiyalar qoyulur. Sitomeqalovirus peyvəndsiz, təsirli bir müalicəsi aşkarlanmayan virusdur. Buna görə də gigiyena qaydalarına riayət etməli, cinsi yolla yoluxma ehtimalı olan xəstəliklərə qarşı tədbir görülməlidir. Belə anaların körpəyə süd verməsi də məsləhət deyil. Virusun xalq təbabəti ilə müalicəsi: Kəklikotu, ladan ağacının yarpaqları, çayır düyməsi kökü, pişikdili, tozağacı tumurcuğu və boymadərəndən eyni miqdarda ayırıb, qarışdır. Qarışıqdan 2 xörək qaşığı götürüb, yarım litr qaynar suya töküb, vam oda qoy. 5 dəqiqə qaynatdıqdan sonra götür. Gecə qabı qalın odeyala büküb, səhərə kimi saxla. Bu qarışıqdan gündə üç-dörd stəkan içmək məsləhətdir. Biyan kökü, qızılağac qozası, qurudulmuş çobanyastığı çiçəyi, pişikdili və maral kökündən eyni miqdarda götür. Qarışdırdıqdan sonra 2 xörək qaşığı miqdarında ayırıb, yarım litr qaynar suya töküb, bir gecə saxla. Gündə üç dəfə, yeməkdən yarım saat əvvəl bu qarışıqdan 0,5 stəkan içmək orqanizmdəki virusları təmizləyəcək. Gülxətmi, gördəvər, moruq yarpağı, andız və biyan kökündən eyni miqdarda götür. Qarışıqdan 1 xörək qaşığı ayırıb, 0,5 litr qaynar suya töküb, bir gecə termosda saxla. Gün ərzində üç dəfə yeməkdən yarım saat əvvəl məlhəmdən 0,5 stəkan iç.

Digər xəbərlər

Baş nazir sərəncam imzaladı 

19:54 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Baş nazir sərəncam imzaladı 

6

0
Prezident Əhmədə nə dedi? - Foto 

19:49 / 05 Oktyabr 2026

İDMAN İDMAN

Prezident Əhmədə nə dedi? - Foto 

33

0
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

19:34 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

130

0
medialiteracy-media-gov
Bakı-Pekin münasibətlərində YENİ MƏRHƏLƏ: Müttəfiqlik müqaviləsi gündəmdə  

19:20 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-Pekin münasibətlərində YENİ MƏRHƏLƏ: Müttəfiqlik müqaviləsi gündəmdə  

50

0
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

19:03 / 05 Oktyabr 2026

İDMAN İDMAN

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

64

0
Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

19:00 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

93

0
Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

18:42 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

76

0
Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

18:35 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

95

0
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

18:29 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

69

0
Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

18:21 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

67

0
Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

18:08 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

70

0