"Ərə gedəcəyim şəxs birinci itlərimi SEVMƏLİDİR"
09 May 2026, 21:02
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
783
28.01.2026, 21:00
Aktrisa Mehriban Xanlarova teatrda bədii rəhbər və baş rejissor ştatlarının ləğvi ilə bağlı açıqlama verib.
Oxu24.com xəbər verir ki bu barədə NOCOMMENT.az-a aktrisa Mehriban Xanlarova bildirib.
Onun sözlərinə görə, Mehriban Ələkbərzadənin bədii rəhbər kimi fəaliyyəti dövründə kollektiv daxilində ciddi problemlər yaşanıb.
Mehriban Xanlarova bildirib ki, özü və bir qrup tanınmış sənət adamı — xalq artisti Əli Nur, Əməkdar artist Münəvvər Əliyeva, Məsmə Aslanqızı və Məlahət Abbasova mətbuat vasitəsilə Mehriban Ələkbərzadənin özbaşınalıqları, hegemon davranışları və kollektivə qarşı işlətdiyi təhqiramiz ifadələr barədə dəfələrlə çıxış ediblər.
Aktrisanın iddiasına görə, məqsəd bu məsələlərin aidiyyəti qurumların, eləcə də ölkə rəhbərliyinin diqqətinə çatdırılması olub. Lakin bütün bu faktlar məlum olmasına baxmayaraq, Mehriban Ələkbərzadə uzun müddət vəzifəsindən azad edilməyib. Mehriban Xanlarova bunu onun arxasında nüfuzlu məmur rəfiqəsinin dayanması ilə əlaqələndirib.
Həmçinin oxuyun
O qeyd edib ki, yaranmış vəziyyətdən çıxış yolu kimi Mədəniyyət Nazirliyi radikal addım ataraq bədii rəhbər və baş rejissor ştatlarını ümumilikdə ləğv edib. Mehriban Xanlarovanın sözlərinə görə, həmin ştatların ləğvinin kökündə əsas səbəb məhz Mehriban Ələkbərzadənin fəaliyyəti dayanır.
Açıqlamada vurğulanıb ki, əgər Mehriban Ələkbərzadə öz istəyi ilə ərizə yazaraq vəzifəsindən getsəydi, digər əməkdaşlarının çörəyinə bais olmazdı.
Əməkdar artist Mehriban Xanlarova teatra qayıdıb-qayıtmayacağı barədə isə dəqiq bir söz deyə bilməyəcəyini bildirib:
“Hazırda teatra qayıdıb-qayıtmamaq məsələsi ilə bağlı konkret fikir bildirmək tezdir. Bu, təkcə istəkdən deyil, eyni zamanda proseslərin necə inkişaf edəcəyindən, yaranacaq şəraitdən və atılacaq addımlardan asılı olacaq. Zamanla vəziyyətin real mənzərəsi aydınlaşacaq. Ona görə də indiki mərhələdə tələsmədən, proseslərin gedişatını izləyərək qərar vermək ən sağlam yanaşmadır”.
00:41 / 10 May 2026
134
00:37 / 10 May 2026
237
00:33 / 10 May 2026
27
00:20 / 10 May 2026
129
00:18 / 10 May 2026
30
00:15 / 10 May 2026
33
00:05 / 10 May 2026
134
23:58 / 09 May 2026
330
23:55 / 09 May 2026
41
23:54 / 09 May 2026
119
23:52 / 09 May 2026
33
23:46 / 09 May 2026
191
23:44 / 09 May 2026
44
23:27 / 09 May 2026
202
23:04 / 09 May 2026
159
22:56 / 09 May 2026
55
22:42 / 09 May 2026
190
22:10 / 09 May 2026
218
21:38 / 09 May 2026
194
21:22 / 09 May 2026
186
21:02 / 09 May 2026
212
20:41 / 09 May 2026
72
20:21 / 09 May 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.