Qaynar xətt:

(+99450) 247 90 86

"Həyatımın səhvini etdim"

"Həyatımın səhvini etdim"

ŞOU-BİZNES

1622

18.02.2025, 10:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müğənni Xuraman Şuşalının başına iş gəlib.

OXU24.COM  xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb. O, yanmış qazanın görüntülərini izləyiciləri ilə bölüşərək evdən çıxarkən qazı söndürməyi unutduğunu bildirib:

"Həyatımın səhvini etdim. Uşaqlar üçün yeməyi qızdırırdım. Həyat yoldaşım da həyətdən tez-tez zəng edirdi ki, ad gününə gecikirik. Qazı söndürməmiş getmişəm. Üstündən iki saat keçdikdən sonra yadıma düşüb ki, qazı söndürməmişəm. Öldüm... Evdən çıxmamış da uşaqlara tapşırmışdım ki, "Ayət əl-Kürsi"ni əzbərləsinlər. Bəlkə 100 dəfə "Ayət əl-Kürsi" oxuyublar. Allaha qurban olum. Bir dəqiqənin səhvi, diqqətsizliyi. Uşaqlar iyi hiss etməsəydilər, görəsən, nə olardı?".