Musiqidə zövq böhranına 7 əfsanə ilə cavab: Yaqut Xəlilzadədən iddialı layihə
21 Noyabr 2026, 11:16
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
356
27.08.2024, 23:13
Əməkdar artist Firuzə İbadova mərhum duet ortağı Cavanşir Məmmədovla bağlı açıqlama verib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Astar" yutub kanalında ifaçıya həsr edilən verilişdə yer alıb. O, C.Məmmədovun qızı Xatirənin keçmiş həyat yoldaşı, Türkiyə vətəndaşı Kemal Mustafa İbli ilə aralarında yaşanan qalmaqaldan danışıb:
"Onun ürəyində 4 stend var idi. Ona böhtən atdılar, böyük şantajlar oldu. Çox böyük şantaj etdilər. Elə bir şey yox idi. Allah lənət eləsin, o insanlar cavab verəcəklər. Dünyamı dəyişmədən əvvəl həmin insanların etdiklərinin qarşılığını almasını görmək istəyirəm. Cavanşir Məmmədovun evində deyilən şayiələr kimi şeylər olmayıb. Elə bil səhnə qurdular, öyrətdilər ki, belə edək, puldan vaz keçsin. Lazımsız bir şey idi. Kaş Cavanşir Məmmədov qatılmayaydı söhbətə. Bizi övladımızla vurmaq istəyən insanlar var. Gərək getməyəydi həmin verilişlərə. Sanki onun ölümünü istədilər.
Nə qədər dünyada varamsa, əziz dostumu müdafiə edəcəyəm. Cavanşir Məmmədovun yoldaşı dünyanın ən gözəl xanımıdır. Hər iki övladı universitet bitirib. Elə insanlarda o deyilənlər olardımı? Heç vaxt".
Qeyd edək ki, Türkiyə vətəndaşı Kemal Mustafa İbli Lalə Azərtaşın verilişinə çıxaraq yardım istəyib. Mustafa aparıcıdan müğənni tərəfdən ona şər atıldığını deyərək, yardım istəyib. Mustafa İblinin Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar aldığı və geri qaytarmadığı iddia olunub. M. İbli barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Mustafa təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib.
C.Məmmədov bu ilin aprelində qəfil ürəktutmadan dünyasını dəyişib.
23:50 / 23 Noyabr 2026
100
23:32 / 23 Noyabr 2026
67
23:29 / 23 Noyabr 2026
68
23:24 / 23 Noyabr 2026
75
23:19 / 23 Noyabr 2026
77
22:54 / 23 Noyabr 2026
90
22:39 / 23 Noyabr 2026
153
22:37 / 23 Noyabr 2026
107
22:30 / 23 Noyabr 2026
97
22:25 / 23 Noyabr 2026
136
22:14 / 23 Noyabr 2026
150
21:55 / 23 Noyabr 2026
103
21:51 / 23 Noyabr 2026
506
21:44 / 23 Noyabr 2026
135
21:35 / 23 Noyabr 2026
125
21:27 / 23 Noyabr 2026
153
20:55 / 23 Noyabr 2026
1916
20:46 / 23 Noyabr 2026
116
20:37 / 23 Noyabr 2026
146
20:21 / 23 Noyabr 2026
140
20:16 / 23 Noyabr 2026
209
20:09 / 23 Noyabr 2026
160
19:53 / 23 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.