Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: İran ballistik raketlərini hazır vəziyyətə gətirdi: 3 ölkəyə hücum planlaşdırılır

2020/01/05/1578216959_raket.jpg

SON DƏQİQƏ

981

05.01.2020, 13:33

İran bütün ballistik raketlərini hazır vəziyyətdə saxlayıb, ABŞ isə Yaxın Şərqə “Patriot PAC-3” raket sistemlərini quraşdırıb.
Publika.az xəbər verir ki, adı açıqlanmayan mənbələrdən ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) İordaniyadakı bazalarına hava hücumundan müdafiə sistemlərinin göndərildiyi xəbərləri gəlib. Sistemlər İran İnqilab Keşikçilləri Korpusunun mümkün hücumlarından qorunmaq və onlara cavab vermək məqsədilə yerləşdirilir.
İran Hərbi Hava Qüvvələrinin mətbuat xidmətindən verilən məlumata görə, BƏƏ, Qətər, Səudiyyə Ərəbistanındakı ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələrinə ev sahibliyi edən müxtəlif bazalarına raket zərbələri endirməyə hazır olduqları bildirilib. Yaxın Şərqdə araşdırma aparan jurnalist Babək Təqvi ABŞ-ın İordaniyaya 3 gəmi ilə müdafiə sistemləri yanaşı, ağır silah-sursat göndərdiyini iddia edib.