Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir?
14 Noyabr 2026, 11:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
640
30.01.2026, 10:34
Son dövrlərdə şəhər və magistral yollarda hərəkətin intensiv olduğu saatlarda nəqliyyat axınının qəfil dayanmasına səbəb olan əsas amillərdən biri sürücülərin texniki-təhlükəsizlik baxımından yararsız, yaxud vaxtında texniki qulluq göstərilməyən avtomobillərlə yola çıxmasıdır.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bu cür nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində qəfil dayanması nəticəsində zolaqlardan birinin tutulması baş verir ki, bu da xüsusilə şəhər yollarında uzunmüddətli tıxacların yaranmasına, digər sürücülərin haqlı narazılığına və yol hərəkəti təhlükəsizliyinin pozulmasına səbəb olur.
Aparılan müşahidələr göstərir ki, bəzi sürücülər avtomobillərində mövcud olan texniki nasazlıqlardan xəbərdar olduqları halda belə, bunun doğura biləcəyi fəsadları nəzərə almadan yola çıxırlar. Nəticədə yolun ortasında dayanan bir avtomobil yüzlərlə digər nəqliyyat vasitəsinin hərəkətinə maneə yaradır, sürücülərin vaxt itkisinə, əsəbi gərginliyə və qəza riskinin artmasına gətirib çıxarır.
Xüsusilə pik saatlarda, dar yol sahələrində, körpülərdə, tunellərdə və yol qovşaqlarında nasaz avtomobilin dayanması şəhərin nəqliyyat sistemində ciddi axsamalara səbəb olur. Bir zolağın tutulması ilə başlayan problem qısa müddətdə genişmiqyaslı tıxaclara çevrilir və minlərlə vətəndaşın gündəlik hərəkətinə mənfi təsir göstərir.
"Yol hərəkəti haqqında” Qanuna əsasən texniki nasazlığı olan nəqliyyat vasitələrinin istismarı qadağandır və İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən bu cür hallara görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri nəqliyyat vasitələrinin texniki sazlığına daim nəzarət etməyə, nasazlıq aşkar edildiyi halda avtomobillə yola çıxmamağa və məsuliyyətli mövqe nümayiş etdirməyə çağırır. Unudulmamalıdır ki, yolda qalan nasaz avtomobil təkcə bir sürücünün problemi deyil, bütün yol hərəkəti iştirakçıları üçün əlavə risk və narahatlıq mənbəyidir.
11:00 / 14 Noyabr 2026
6
10:58 / 14 Noyabr 2026
31
10:46 / 14 Noyabr 2026
49
10:36 / 14 Noyabr 2026
51
10:17 / 14 Noyabr 2026
46
09:59 / 14 Noyabr 2026
79
09:46 / 14 Noyabr 2026
87
09:30 / 14 Noyabr 2026
81
09:29 / 14 Noyabr 2026
108
09:23 / 14 Noyabr 2026
100
08:09 / 14 Noyabr 2026
1389
01:15 / 14 Noyabr 2026
164
00:40 / 14 Noyabr 2026
316
00:02 / 14 Noyabr 2026
1225
23:58 / 13 Noyabr 2026
164
23:49 / 13 Noyabr 2026
162
23:40 / 13 Noyabr 2026
172
23:28 / 13 Noyabr 2026
164
23:22 / 13 Noyabr 2026
162
23:17 / 13 Noyabr 2026
434
23:09 / 13 Noyabr 2026
195
23:05 / 13 Noyabr 2026
160
23:02 / 13 Noyabr 2026
352
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.