Ukrayna ilə bağlı narahatedici hesabat
13 Noyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1057
30.01.2026, 01:14
ABŞ İran sahillərinə hərbi qüvvələrini toplamaqda davam edir. Ayova ştatında tərəfdarları qarşısında çıxış edən ABŞ prezidenti Donald Tramp bildirib ki, 2025-ci ilin iyununda Vaşinqton Tehranın nüvə imkanlarını məhv edib.
Oxu24.com xəbər verir ki, Tramp deyib:
“Yeri gəlmişkən, hazırda daha bir böyük qüvvə İran istiqamətində irəliləyir. Görək nə olacaq. Ümid edirəm ki, onlar razılaşmaya gedəcəklər”.
BBC-nin məlumatına görə, İran sahillərinə doğru “Avraam Linkoln” aviadaşıyıcısı hərəkət edir. Xatırladaq ki, aviadaşıyıcılar təkbaşına üzmür, onları esmineslər, müşayiət gəmiləri və qırıcı təyyarələrdən ibarət zərbə qrupu müşayiət edir. Məhz bu cür qruplar ABŞ-ın əsas hərbi güc aləti hesab olunur.
Ekspertlərin fikrincə, aviadaşıyıcı qrupunun yaxınlaşması raket zərbələrinə hazırlıqdan xəbər verir. Hədəflər əsasən qərargahlar və komanda mərkəzləri ola bilər. Oxşar ssenari 2025-ci ilin yayında baş verən “12 günlük müharibə” zamanı da tətbiq olunmuşdu. Ağ Evdəki mənbələr zərbənin yaxın 48 saat ərzində endirilə biləcəyini də iddia ediblər.
İran tərəfi isə sərt cavab vəd edir. Xarici işlər nazirinin müavini Kazem Qəribabadi ölkənin ABŞ və İsraillə münaqişənin “üçüncü mərhələsinə” keçdiyini bildirib.
Bununla yanaşı, analitiklər qeyd edirlər ki, ABŞ İranı vurmaq üçün mütləq aviadaşıyıcı qruplarına ehtiyac duymur. Vaşinqtonun regionda, o cümlədən İran sərhədlərinə yaxın çoxsaylı hərbi bazaları mövcuddur. Üstəlik, hazırda quru qoşunlarının genişmiqyaslı müdaxiləsinə hazırlıq əlamətləri görünmür.
Bu fonunda Vaşinqton və Tehran arasında razılaşmanın əldə olunması və hərbi eskalasiyanın qarşısının alınması ehtimalı kifayət qədər yüksək qiymətləndirilir. Lakin belə bir razılaşmanın mövcud İran hakimiyyətinin ömrünü nə qədər uzadacağı açıq sual olaraq qalır.
11:09 / 14 Noyabr 2026
1
11:00 / 14 Noyabr 2026
50
10:58 / 14 Noyabr 2026
62
10:46 / 14 Noyabr 2026
71
10:36 / 14 Noyabr 2026
69
10:17 / 14 Noyabr 2026
63
09:59 / 14 Noyabr 2026
84
09:46 / 14 Noyabr 2026
93
09:30 / 14 Noyabr 2026
86
09:29 / 14 Noyabr 2026
111
09:23 / 14 Noyabr 2026
107
08:09 / 14 Noyabr 2026
1441
01:15 / 14 Noyabr 2026
166
00:40 / 14 Noyabr 2026
320
00:02 / 14 Noyabr 2026
1239
23:58 / 13 Noyabr 2026
166
23:49 / 13 Noyabr 2026
164
23:40 / 13 Noyabr 2026
176
23:28 / 13 Noyabr 2026
173
23:22 / 13 Noyabr 2026
167
23:17 / 13 Noyabr 2026
440
23:09 / 13 Noyabr 2026
199
23:05 / 13 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.