Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir?
14 Noyabr 2026, 11:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
637
30.01.2026, 08:31
Dünyanın aparıcı süd məhsulları istehsalçıları Nestlé, Danone və Lactalis körpə süd qarışıqlarında cereulide toksininin aşkarlanması səbəbindən genişmiqyaslı geri çağırma prosesinə başlayıb.
Tədqiqatlar çirklənmənin premium süd qarışıqlarında istifadə edilən ARA yağının Çindəki tək bir təchizatçıdan qaynaqlandığını göstərir. Lactalis 18 ölkədə satılan Picot markalı altı partiyanı bazardan yığışdırıb. Nestlé isə 60-dan çox ölkəni əhatə edən ən böyük geri çağırmalarından birini həyata keçirib.
Danone isə Singapur Qida Agentliyinin tələbi ilə Tailandda istehsal olunan bir partiyanı bazara çıxmadan geri çağırıb. Şirkət məhsulların təhlükəsiz olduğunu, geri çağırmanın ehtiyat tədbiri olduğunu açıqlayıb. Nestlé isə geri çağırmanın könüllü həyata keçirildiyini və uşaq sağlamlığının prioritet olduğunu bildirir.
Lakin istehlakçı hüquqlarını müdafiə edən təşkilatlar məlumatın gecikdirildiyini iddia edir. Onlar Nestlé-nin çirklənməni dekabr 2025-də təsdiq etdiyini, lakin ictimaiyyətə xəbər verilməsinin yanvar 2026-a qədər uzandığını bildirirlər. Şirkət isə izahat verərək xəstələnmə hallarının qeydə alınmadığını və izlenebilirliyin təmin edildiyini qeyd edib.
Bu vəziyyət, valideynlər arasında narahatlıq yaradıb və təkcə təhlükəsizlik yox, həm də istehlakçı məlumatlandırmasının sürəti məsələsini gündəmə gətirib.
11:00 / 14 Noyabr 2026
6
10:58 / 14 Noyabr 2026
31
10:46 / 14 Noyabr 2026
49
10:36 / 14 Noyabr 2026
51
10:17 / 14 Noyabr 2026
46
09:59 / 14 Noyabr 2026
79
09:46 / 14 Noyabr 2026
87
09:30 / 14 Noyabr 2026
81
09:29 / 14 Noyabr 2026
108
09:23 / 14 Noyabr 2026
100
08:09 / 14 Noyabr 2026
1389
01:15 / 14 Noyabr 2026
164
00:40 / 14 Noyabr 2026
316
00:02 / 14 Noyabr 2026
1225
23:58 / 13 Noyabr 2026
164
23:49 / 13 Noyabr 2026
162
23:40 / 13 Noyabr 2026
172
23:28 / 13 Noyabr 2026
164
23:22 / 13 Noyabr 2026
162
23:17 / 13 Noyabr 2026
434
23:09 / 13 Noyabr 2026
195
23:05 / 13 Noyabr 2026
160
23:02 / 13 Noyabr 2026
352
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.