Qaynar xətt:

(+99450) 247 90 86

“Vergilər Nazirliyi indi adam balası kimi işləyir...” - Cavid Qurbanov

“Vergilər Nazirliyi indi adam balası kimi işləyir...” - Cavid Qurbanov

SİYASƏT

1424

22.05.2018, 13:53

\"\" “Neft məsələsi artıq bir tərəfə qoyulmalıdır. Ümumiyyətlə, nefti  unutmaq lazımdır. Hər dəfə söhbəti hərləyib-fırladıb, neftin üzərinə gətiririk. Bu, düzgün deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Cavid Qurbanov Milli Məclisin İqtisadi siyasət, sənaye və  sahibkarlıq komitəsinin bu gün keçirilən iclaısnda deyib. O qeyd edib ki, neft ucuzlaşacaq, neft bahalaşacaq, bunları bir kənara qoymaq lazımdır: “Biz işləməliyik. Yeni velosiped də icad etmək lazım deyil. Vergilər Nazirliyi də indi adam balası kimi işləyir, irəliləyiş, müsbət tendensiya göz önündədir. Gömrükdə də işlər yoluna düşməkdədir. Allah bizə də insaf versin, biz də işləməliyik. Bu gün nə edilirsə, Azərbaycan xalqının rifahı üçün edilir. Hər kəs öz işini görməlidir. Hər kəs də yaxşı işləsin ki, baxıb, fəxr edək\".