Qaynar xətt:

(+99450) 247 90 86

Vurulan gəmi Mübariz Mənsimova məxsusdur? - Video 

Vurulan gəmi Mübariz Mənsimova məxsusdur? - Video 

OXU24 TV

65

06.10.2026, 11:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məlum olduğu kimi, oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında Türkiyə bayrağı altında üzən “Royad Məmmədov” adlı yük gəmisi dron hücumuna məruz qalıb. Sözügedən gəminin azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olduğu iddia edilir.

Oxu24.com  xəbər verir ki, bu barədə AZTV-nin hücumla bağlı hazırladığı materialda bildirilir.

Qeyd olunub ki, “Rynda” gəmi məlumatları portalında “Royad Mammadov”un ISM meneceri kimi “Palmali Gemicilik ve Acentelik” şirkəti göstərilir. 

“Palmali” şirkətlər qrupunun təsisçisi isə azərbaycanlı iş adamı Mübariz Mənsimovadur.

Məsələ ilə bağlı digər detallar açıqlanmayıb.