Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
303
06.10.2026, 12:43
Rüstəm Behrudi 1957-ci ildə Ordubad rayonunun Behrud kəndində anadan olmuşdur. 1979-1984-cü illərdə Ordubad rayonundakı Unus kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlamışdır. Kələki və Unus kəndlərində işlədikdən sonra Ordubadda muzeydə elmi şuranın üzvü kimi çalışmışdır.
Rüstəm Behrudi 1984-cü ildə Bakıya gəlmiş, 1986-1990-cı illərdə "Yazıçı" bədii ədəbiyyat nəşriyyatında fəhlə, korrektor, kiçik redaktor, poeziya redaksiyasının redaktoru vəzifələrində çalışmışdır. Həmçinin şair bir müddət Sabir Rüstəmxanlının rəhbərliyi ilə nəşr edilən "Azərbaycan" qəzetində redaksiya müdiri kimi fəaliyyət göstərmişdir. Fikir və düşüncələrinə görə sovetlər dönəmində təqib olunmuş, habelə həbsdə yatmışdır.
O, ilk şeirini orta məktəbdə yazıb. Behrudinin şeirləri "Azərbaycan", "Araz" almanaxlarında mütəmadi olaraq çap olunub. Şair dövri mətbuatda şeir və publisistik yazıları ilə fəal çıxış edir.
Rüstəm Behrudi yaradıcılığında türkçülük və dərviş fəlsəfəsi üstünlük verir. Şair "Yaddaşlara yazın", "Salam, dar ağacı", "Şaman duası", "Yer üzü görüş yeridi", "İblis mələkdən gözəldi", "Tənhalıqda ölüm qorxusu yoxdu", "Din sevdim din üstünə", "Bir dəli ayrılıq kimi" və sair şeir kitablarının, "Göz yaşlarından baxan Allah" adlı fəlsəfi-publisistik kitabının müəllifidir.
Onun "Şaman duası" kitabı türkdilli dövlətlərdə dillər əzbəridir, kitabdan seçmələr Türkiyədə, İranda, Avstriyada, Almaniyada, Belçikada və s. ölkələrdə nəşr olunub. 1989-cu ildə yazılmış "Salam, dar ağacı" şeiri müstəqillik ərəfəsi Azərbaycan vətəndaşlıq poeziyasının proloqu kimi qiymətləndirilir.
Yaradıcılığından seçmələr alman,polyak, fransız, ispan , rus və çex dillərinə tərcümə edilib. C.Məmmədquluzadəyə həsr elədiyi "Daha gülə-gülə ağlamaq olmur", həbsxana gündəliyindən ibarət "Nəfəs almağı unudan adam" poemaları ədəbiyyatımızın ən gözəl poetik nümunələrindən hesab olunur. "Ölüm, xoş gəldin", "33 yaşımda, yaxud anamın adı Zəhra", "Vətən"(1985), "Söz necə mənə oxşayır", "Gör necə mənə oxşayır", "Ata dili", "Hər şey ayrılıqdan başladı"(1984) və s. şeirlərin müəllifidir.
Rüstəm Behrudinin "Ruhumuzun sərhədləri", "Mən də bir vaxt adam idim", "Paylaşılan yalnızlıq-yalnızlıq deyil" publisistika silsilələri təsirli və mənalı esselərdir. "Səs-tənhalığın rəsmidi" adlı essesində Alim Qasımov haqqında düşüncələri öz əksini tapmışdır. Vaqif Cəbrayılzadədən bəhs edən "Vaqif, sənə deyiləsi sözlərimə yağış yağır" essesi məzmunlu bir poetik-publisistika nümunəsidir. "Son bahardan oğluma məktublar" silsiləsindəki esselər ictimai-məzmunu, mahiyyəti etibarilə Rüstəm Behrudinin yaradıcılığının əsas tezislərini səsləndirir.
Sahildədi körpə şeir beşiyin,
Ruhun çəkir xəyalların keşiyin,
Qələm sənin son silahın - hər şeyın,
Söz qılıncın, söz Bayrağın vətəndi,
Mərd kişilər millət üçün Əfəndı…!
Uzaq yolun söz axtardı, aradı,
Yazan əlin, deyən dilin qabardı,
Tənhalığın yaraları sarıdı,
Söz qılıncın, söz Bayrağın vətəndi,
Mərd kişilər millət üçün Əfəndi…!
Üstünə gəldilər, sözün bitmədi,
Tərsə oynadılar, düzün itmədi,
Sən qalib olsan da gözün gülmədi,
Söz qılıncın, söz Bayrağın vətəndi,
Mərd kişilər millət üçün Əfəndi…!
Zaman bir gün öz sözünü deyəcək,
“Dar ağacı”n əvvəl-axır “dinəcək”,
Namərdləri gövdəsındən əyəcək,
Söz qılıncın, söz Bayrağın vətəndi,
Mərd kişilər millət üçün Əfəndi…!
Söz Qalanın sərhədləri uzaqda,
Xəyalın, düşüncən darda, yasaqda,
Üşüyən dərdlərin qalıb sazaqda,
Söz qılıncın, söz Bayrağın vətəndi,
Mərd kişilər millət üçün Əfəndi…!
.
Tənhalığın qorxutmasın çoxunu,
Çoxu danıb zatını, var-yoxunu,
Boşa atıb öz yayını, oxunu,
Söz qılıncın, söz Bayrağın vətəndi,
Mərd kişilər millət üçün Əfəndi…!
Sən uca zirvədən boylanma hələ,
Yaltağa, nadana ovlanma hələ,
Ağzı göyçəklərə aldanma hələ,
Söz qılıncın, söz Bayrağın vətəndi,
Mərd kişilər millət üçün Əfəndi…!
Ulu soyun, ulu türkün adı - sən,
Məhbəs adlı düşərgənin “yadı” - sən,
Azadlığın şeir adlı dadı - sən,
Söz qılıncın, söz Bayrağın vətəndi,
Mərd kişilər millət üçün Əfəndi…!
Əmir Pəhləvan
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.