Qaynar xətt:

(+99450) 247 90 86

Şəhid ailələrinə veriləcək birdəfəlik ödəmələrin tarixi açıqlandı

Şəhid ailələrinə veriləcək birdəfəlik ödəmələrin tarixi açıqlandı

SİYASƏT

1846

17.05.2018, 11:15

\"\" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Oxu24.com nazirliyə istinadən xəbər verir ki, Komissiyanın sədri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Fərmanın icrası istiqamətində məqsədyönlü işlərin aparıldığını vurğulayıb. Nazir bildirib ki, Komissiya Fərmanda nəzərdə tutulan, yəni 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi mexanizmini müəyyən edən Qaydaların layihəsi üzərində işi artıq yekunlaşdırır. Fərmana əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməli olan siyahıların formaları hazırlanıb və həmin qurumlara təqdim olunub. Bu qurumlar tərəfindən təqdim olunmuş siyahılar əsasında dəqiqləşdirmə aparılacaq və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısı müəyyən edilərək Nazirliyin rəsmi saytında yerləşdiriləcək.
Bundan sonra 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinin müvafiq sənədin alınması üçün notariat orqanlarına müraciət etmələri barədə KİV vasitəsilə geniş məlumatlandırmanın aparılması təmin ediləcək. Notariat orqanları tərəfindən vətəndaşlara vərəsəlik hüququnu təsdiq edən sənədlərin verilməsi də Nazirliyin rəsmi saytındakı siyahı əsasında həyata keçiriləcək. S.Babayev şəffaflığın tam təmin edilməsi üçün qeyd olunan prosesin elektron infrastruktur üzərində aparılacağını qeyd edib. Nazir vurğulayıb ki, notariat orqanları tərəfindən vərəsəliyi müəyyən edilmiş şəxslər, onlara dair şəhadətnamələr, digər müvafiq sənədlər dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminə ötürüləcək. Birdəfəlik ödəmə ilə təmin olunacaq şəxslərin elektron qaydada növbəlilik siyahısı müəyyən edilərək nazirliyin rəsmi saytında yerləşdiriləcək və onların hər birinə bu barədə, yəni birdəfəlik ödəmələrlə təmin edilmələri üçün növbəyə götürüldükləri barədə bildiriş qəbzi göndəriləcək. Bu prosesin cari ilin ikinci yarısında başa çatacağını qeyd edən S.Babayev həmin vaxtdan sonra, təqribən cari ilin son rübündən növbəlilik qaydasında birdəfəlik ödənişlərin həyata keçiriləcəyini bildirib

Digər xəbərlər

Şavkat Mirziyoyev Vaşinqton görüşünün nəticələrini İlham Əliyevin diplomatiyasının qələbəsi adlandırıb

19:12 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Şavkat Mirziyoyev Vaşinqton görüşünün nəticələrini İlham Əliyevin diplomatiyasının qələbəsi adlandırıb

26

0
“Əbədi dostluq haqqında Müqavilə” imzalandı - Fotolar 

19:02 / 23 Avqust 2026

DÜNYA DÜNYA

“Əbədi dostluq haqqında Müqavilə” imzalandı - Fotolar 

35

0
Şavkat Mirziyoyev: Əsas məqsədimiz əmtəə dövriyyəsində 1 milyard dollarlıq həddə çatmaqdır

18:44 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Şavkat Mirziyoyev: Əsas məqsədimiz əmtəə dövriyyəsində 1 milyard dollarlıq həddə çatmaqdır

52

0
medialiteracy-media-gov
Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi yardıma gərə Özbəkistan Prezidentinə təşəkkür edib

17:40 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi yardıma gərə Özbəkistan Prezidentinə təşəkkür edib

45

0
Prezident İlham Əliyev: Özbəkistan bu gün böyük beynəlxalq nüfuza malik dövlətdir 

17:31 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev: Özbəkistan bu gün böyük beynəlxalq nüfuza malik dövlətdir 

73

0
Daşkənddə Azərbaycan və Özbəkistan Prezidentlərinin təkbətək görüşü olub 

17:09 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Daşkənddə Azərbaycan və Özbəkistan Prezidentlərinin təkbətək görüşü olub 

68

0
Azərbaycan və Özbəkistan müttəfiqliyi Cənubi Qafqaz–Mərkəzi Asiya xəttini gücləndirir - TƏHLİL

16:36 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan və Özbəkistan müttəfiqliyi Cənubi Qafqaz–Mərkəzi Asiya xəttini gücləndirir - TƏHLİL

82

0
Prezidentlər və birinci xanımlar “Kuksaroy”da birgə foto çəkdirdilər - Video

16:15 / 23 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentlər və birinci xanımlar “Kuksaroy”da birgə foto çəkdirdilər - Video

109

0
Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib 

15:59 / 23 Avqust 2026

DÜNYA DÜNYA

Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib 

89

0
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

15:19 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

108

0
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar

15:04 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar

96

0