Qaynar xətt:

(+99450) 247 90 86

Moskvada ermənilər kütləvi şəkildə həbs edilir

Moskvada ermənilər kütləvi şəkildə həbs edilir

SİYASƏT

2001

16.05.2018, 20:41

\"\" Yerevandakı “məxməri inqilab” günlərində bir neçə yüz erməni Moskvadakı Ermənistan səfirliyinin qarşısına etiraz aksiyasına çıxıblar. Polisin müdaxiləsindən sonra 100-dən çox erməni gənc həbs olunub.
“Həmin günlərdə yüzdən çox gənc əvvəlcə məhkəmə zalında polis nəzarətinə düşdülər, sonradan isə hamı tərəfindən unuduldular – onlara ehtiyac qalmadı. Sanki artıq aktual deyildi, həm də başağrısıdır. Nəticədə, bu gün onların taleyi ilə tək-tük adam maraqlanır”, - virtualaz.org xəbər verir ki, bunu “Ermənistanın səsi” qəzetinə ARMROSS Rusiya-Ermənistan Hüquqşünaslar Assosiasiyasının başçısı Ruben Kirakosyan deyib.\"\"  Onun sözlərinə görə, Ermənistan paytaxtında bayramdır, tarixi hadisədir, vətəndaş özünüdərkinin və milli qürurun oyanışıdır. “Rusiyanın – Ermənistanın müttəfiqinin paytaxtında isə həmin vaxt nəzərə çarpmadan, sonsuz axınla kütləvi məhkəmə prosesləri keçirilir və burada həmin tarixi günlərin hadisələrinə görə gənclər müxtəlif səviyyədə məsuliyyətə cəlb olunurlar”, - o bildirib.
Kirakosyanın sözlərinə əsasən, bu gün Rusiyada Ermənistan vətəndaşları nə qanunla, nə cəmiyyət, nə də dövlət tərəfindən müdafiə olunmurlar və hüquqi nöqteyi-nəzərdən alçalmış vəziyyətdədirlər. “Beynəlxalq sazişlərlə Ermənistan vətəndaşlarının malik olduqarı hüquq və üstünlüklər əslində simvolik, sırf deklarativ xarakter daşıyır”, - o vurğulayıb.