Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
28 Oktyabr 2026, 18:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
86
28.10.2026, 17:16
BMT qətnamələri niyə 30 ilə yaxın icrasız qaldı? – Deputatdan beynəlxalq hüquqla bağlı AÇIQLAMA
Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində dünyada davam edən müharibələr, beynəlxalq hüququn aliliyi və davamlı sülhün təmin olunması ilə bağlı səsləndirdiyi fikirlər müasir beynəlxalq münasibətlər sisteminin ən zəruri məsələlərini gündəmə gətirib.
Bu gün qlobal siyasətin əsas problemlərindən biri beynəlxalq hüququn norma və prinsipləri ilə onların praktiki tətbiqi arasında ortaya çıkan dərin fərqdir. Ermənistanın işğalçılıq siyasəti ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin 30 ilə yaxın icrasız qalması beynəlxalq hüquqdakı ikili standartları və selektiv yanaşmanı bütün çılpaqlığı ilə göstərdi.
Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə öz ərazi bütövlüyünü və beynəlxalq hüququ öz gücü hesabına bərpa etməsi, beynəlxalq təşkilatların icra mexanizmlərinin təkmilləşdirilməsi zərurətini bir daha ortaya qoydu.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Oxu24.com-a geniş açıqlama verib.
Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində dünyada davam edən müharibələr, beynəlxalq hüququn tətbiqi və sülhün təmin olunması ilə bağlı səsləndirdiyi fikirlər mühüm əhəmiyyət daşıyır. Azərbaycanın münaqişənin həlli və münaqişədən sonrakı sülh quruculuğu təcrübəsi beynəlxalq ictimaiyyət üçün ciddi nəticələr ortaya qoyur:
“Bu gün beynəlxalq münasibətlər sisteminin əsas problemlərindən biri beynəlxalq hüququn norma və prinsipləri ilə onların praktikada tətbiqi arasında mövcud olan fərqdir. Beynəlxalq hüquq bütün dövlətlərə eyni qaydada tətbiq edilməli, münaqişələrin həllində güc amilindən deyil, hüquq və ədalət prinsiplərindən çıxış olunmalıdır. Əks halda, “kim güclüdür, o da haqlıdır” yanaşması beynəlxalq təşkilatlara olan etimadı zəiflədir və yeni münaqişələr üçün zəmin yaradır”.
Deputat qeyd edib ki, Azərbaycan bu problemin nəticələrini uzun illər ərzində yaşayıb:
“Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası 1993-cü ildə dörd qətnamə qəbul etsə də, həmin sənədlərin tələbləri uzun müddət icra olunmadı. Nəticədə münaqişə onilliklər ərzində davam etdi, bir milyona yaxın insan doğma yurdlarından didərgin düşdü. Bu təcrübə göstərdi ki, beynəlxalq qərarların qəbul edilməsi kifayət deyil, onların icrasını təmin edən təsirli mexanizmlər də mövcud olmalıdır”.
Azər Badamovun sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn aliliyinə əsaslanan həllin tərəfdarı olsa da, uzun illər nəticəsiz qalan danışıqlardan sonra öz müdafiə imkanlarını gücləndirdi və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünün bərpasına nail oldu. Bu, eyni zamanda, beynəlxalq hüququn selektiv tətbiqi və ikili standartlar məsələsini yenidən gündəmə gətirdi:
“Müxtəlif münaqişələrə münasibətdə fərqli yanaşmaların nümayiş etdirilməsi beynəlxalq sistemin ədalətliliyinə dair suallar yaradır. Əgər beynəlxalq qərarların icrası vaxtında və ardıcıl şəkildə təmin edilsəydi, münaqişənin bu qədər uzun müddət davam etməsinin qarşısını almaq mümkün olardımı? Bu sual beynəlxalq ictimaiyyət üçün ciddi düşüncə mövzusudur”.
Deputat vurğulayıb ki. Azərbaycanın təcrübəsi göstərir ki, münaqişənin başa çatması ilə yanaşı, davamlı sülhün qurulması da mühüm əhəmiyyət daşıyır. Ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində irəli sürdüyü sülh gündəliyi regionda sabitliyin və əməkdaşlığın formalaşması baxımından əhəmiyyətlidir:
“Bu baxımdan, BMT Təhlükəsizlik Şurasının fəaliyyətinin təkmilləşdirilməsi, qəbul edilən qətnamələrin icrasına nəzarətin gücləndirilməsi və beynəlxalq hüququn bütün dövlətlərə bərabər tətbiqi zəruridir. Daimi üzvlər arasında siyasi fikir ayrılıqları və veto mexanizmi bəzi hallarda çevik qərarların qəbulunu çətinləşdirir. Beynəlxalq təşkilatlar yalnız qərar qəbul edən deyil, həm də həmin qərarların icrasına real təsir göstərən institutlar olmalıdır”.
“Ümumiyyətlə, Azərbaycanın keçdiyi yol dünya üçün mühüm dərsdir: beynəlxalq hüquq kağız üzərində qalan normalar toplusuna çevrilməməlidir. Müharibələrin qarşısının alınması və davamlı sülhün təmin edilməsi üçün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli, beynəlxalq qərarlar ardıcıl şəkildə icra olunmalıdır. Ədalətə əsaslanan vahid yanaşma həm beynəlxalq təşkilatlara etimadı gücləndirər, həm də gələcək münaqişələrin qarşısının alınmasına xidmət edər”,- deyə deputat əlavə edib.
Çimnaz Telmanqızı
18:35 / 28 Oktyabr 2026
6
18:30 / 28 Oktyabr 2026
41
18:24 / 28 Oktyabr 2026
38
18:20 / 28 Oktyabr 2026
48
18:16 / 28 Oktyabr 2026
83
18:07 / 28 Oktyabr 2026
56
18:01 / 28 Oktyabr 2026
72
17:52 / 28 Oktyabr 2026
245
17:43 / 28 Oktyabr 2026
78
17:40 / 28 Oktyabr 2026
71
17:28 / 28 Oktyabr 2026
123
17:21 / 28 Oktyabr 2026
382
17:11 / 28 Oktyabr 2026
87
16:56 / 28 Oktyabr 2026
234
16:53 / 28 Oktyabr 2026
483
16:33 / 28 Oktyabr 2026
1755
16:32 / 28 Oktyabr 2026
315
16:20 / 28 Oktyabr 2026
87
16:05 / 28 Oktyabr 2026
92
15:58 / 28 Oktyabr 2026
86
15:45 / 28 Oktyabr 2026
152
15:30 / 28 Oktyabr 2026
617
15:21 / 28 Oktyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.