Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq 

Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq 

CƏMİYYƏT

39

20.11.2026, 13:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

21 noyabr tarixində saat 23:00-dan 05:45-dək metronun "Koroğlu" stansiyasından hava limanı istiqamətində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri aparılacaq. Bununla əlaqədar, qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq və alternativ istiqamətlər üzrə təşkil ediləcək.

Oxu24.com  xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, şəhərin mərkəzindən aeroport istiqamətinə isə alternativ yol olaraq metronun "Koroğlu" stansiyasının yanından Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavər Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmaddədin Nəsimi və Əli İsaqzadə küçələrindən, bununla yanaşı 8 Noyabr prospektindən Zığ şosesinə keçməklə hərəkət edə bilərlər.