Pezeşkian Moskvaya səfər edəcək
24 Oktyabr 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
234
03.10.2026, 10:59
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib.
Oxu24.com xəbər verir ki, dövlət başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəyə görə Ladislau-Marius Vizerə minnətdarlığını bildirdi, artıq ikinci dəfədir ölkəmizin bu mötəbər idman tədbirinə ev sahibliyi etdiyini dedi. Prezident İlham Əliyev çempionatın yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etdi.
Dövlət başçısı cüdonun ölkəmizdə məşhur və ən çox medal gətirən idman növlərindən biri olduğunu dedi, bu xüsusda cüdoçularımızın mötəbər yarışlarda qazandıqları medalları vurğuladı.
Azərbaycan Prezidenti idman sahəsində əldə olunmuş uğurlarda paytaxt Bakı ilə yanaşı, regionlarımızda da yaradılmış müasir idman infrastrukturunun roluna toxundu.
Qəbula və Bakıda cüdo üzrə dünya çempionatının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Ladislau-Marius Vizer müxtəlif idman tədbirlərində cüdoçularımızın qazandıqları medallar münasibətilə təbriklərini çatdırdı.
Qonaq Azərbaycanda cüdo idman növünün inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi.
Görüşdə Azərbaycanın Beynəlxalq Cüdo Federasiyasının fəal üzvü olduğu məmnunluqla qeyd edildi, bu qurumla Azərbaycan Cüdo Federasiyası arasında həyata keçirilən uğurlu əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Sonda Prezident İlham Əliyev Ladislau-Marius Vizerə "Dostluq" ordenini təqdim etdi.
Qonaq fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirdi.
Qeyd edək ki, Ladislau-Marius Vizer ölkəmizdə və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə bu ordenlə təltif olunub.



22:14 / 24 Oktyabr 2026
1
22:05 / 24 Oktyabr 2026
133
21:42 / 24 Oktyabr 2026
661
21:28 / 24 Oktyabr 2026
66
21:12 / 24 Oktyabr 2026
78
21:07 / 24 Oktyabr 2026
75
20:52 / 24 Oktyabr 2026
75
20:34 / 24 Oktyabr 2026
79
20:31 / 24 Oktyabr 2026
627
20:12 / 24 Oktyabr 2026
83
20:05 / 24 Oktyabr 2026
90
19:55 / 24 Oktyabr 2026
81
19:40 / 24 Oktyabr 2026
88
19:09 / 24 Oktyabr 2026
111
18:55 / 24 Oktyabr 2026
86
18:40 / 24 Oktyabr 2026
95
18:27 / 24 Oktyabr 2026
90
18:20 / 24 Oktyabr 2026
288
18:13 / 24 Oktyabr 2026
112
18:07 / 24 Oktyabr 2026
86
18:02 / 24 Oktyabr 2026
648
17:59 / 24 Oktyabr 2026
92
17:59 / 24 Oktyabr 2026
592
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.