Pezeşkian Moskvaya səfər edəcək
24 Oktyabr 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
237
02.10.2026, 09:59
Azərbaycanın "C5+1" formatına qoşulması ölkənin öz köklərinə qayıtması deməkdir.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.
Onun sözlərinə görə, rəsmi Bakı Mərkəzi Asiya ölkələrinin Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə qoşulması barədə yekdil qərarını alqışlayır: "Mən həmişə deyirəm ki, məcazi mənada bu, yəni "beş üstəgəl bir", Azərbaycanın Mərkəzi Asiya klubuna qoşulması sadəcə riyazi məsələ deyil. Bu, "kimya" ilə, qovuşma bağlı məsələsidir. Azərbaycan bir növ öz köklərinə qayıdır".
H.Hacıyev qeyd edib ki, əməkdaşlıq münasibətləri, iqtisadiyyatı, ticarəti, biznesi və xüsusilə vacib olan qarşılıqlı əlaqəliliyi əhatə edir: "Azərbaycanın Mərkəzi Asiya ölkələri kimi, okeana çıxışı yoxdur. Buna görə də biz yeni nəqliyyat əlaqələrinin yaradılması üzərində fəal işləyirik. Düşünürəm ki, bu parametrlərdən çıxış edərək, Mərkəzi Asiya ölkələrdən olan dostlarımız və tərəfdaşlarımızla birlikdə nəqliyyat və kommunikasiya arxitekturasını tamamilə dəyişməyə çalışırıq".
O vurğulayıb ki, qarşılıqlı əlaqəlilik Azərbaycan üçün sadəcə yüklərin bir nöqtədən digərinə daşınması deyil, geosiyasi əhəmiyyət məsələsidir: "Biz Avrasiya qitəsinin mərkəzindəyik. Azərbaycan və Mərkəzi Asiya ölkələri Çindən başlayaraq Qərbə qədər və əks istiqamətdə uzanan yeni əlaqələr yaradır. Düşünürəm ki, hazırda ölkəmiz bir sıra mühüm amillərdən çıxış edərək burada əsas rol oynayır".
23:16 / 24 Oktyabr 2026
118
22:52 / 24 Oktyabr 2026
90
22:34 / 24 Oktyabr 2026
87
22:14 / 24 Oktyabr 2026
79
22:05 / 24 Oktyabr 2026
255
21:42 / 24 Oktyabr 2026
1389
21:28 / 24 Oktyabr 2026
84
21:12 / 24 Oktyabr 2026
89
21:07 / 24 Oktyabr 2026
85
20:52 / 24 Oktyabr 2026
85
20:34 / 24 Oktyabr 2026
90
20:31 / 24 Oktyabr 2026
836
20:12 / 24 Oktyabr 2026
97
20:05 / 24 Oktyabr 2026
99
19:55 / 24 Oktyabr 2026
91
19:40 / 24 Oktyabr 2026
93
19:09 / 24 Oktyabr 2026
124
18:55 / 24 Oktyabr 2026
89
18:40 / 24 Oktyabr 2026
104
18:27 / 24 Oktyabr 2026
99
18:20 / 24 Oktyabr 2026
373
18:13 / 24 Oktyabr 2026
538
18:07 / 24 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.