Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri başlayıb
04 Noyabr 2026, 23:12
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
278
17.09.2026, 17:09
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar.
Oxu24.com xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir. Burada aparılan ilkin arxeoloji tədqiqatlar nəticəsində XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxılıya aid olduğunu təsdiqləyən artefaktlar tapılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci ildə Şamaxıya səfərləri çərçivəsində ziyarətgahda olub və abidədə konservasiya işlərinin aparılmasına dair tapşırıqlar veriblər.
Ziyarətgahın çay və qaya daşlarından tikilmiş qalıqları ötən müddət ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə konservasiya edilib. Ziyarətgahın içərisində Pir Ömər Avaxılıya, kənarlarında isə başqa şəxslərə aid 8 qəbir aşkar edilərək səliqəyə salınıb. Ziyarətgahın və onun ətrafının konservasiya işlərindən sonra qorunması üçün eyni daş materialından divar hörülüb. Divarın üzərində 16 metr hündürlüyündə səkkizbucaqlı metal konstruksiyadan hazırlanmış çardaq qurulub. Ziyarətgah və onun ətrafında konservasiya olunan sahədə buraya gələnlər üçün gəzinti zolağı yaradılıb. Aparılan işlər zamanı təbiətə və ətrafdakı qəbirlərə ziyan dəyməməsinə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, bu ziyarətgahın bərpası dini-tarixi abidələrin qorunub saxlanılması istiqamətində dövlət tərəfindən həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir. Pir Ömər Sultan ziyarətgahının konservasiyasının Heydər Əliyev Fondunun dəstəyi ilə aparılması isə Fondun ölkəmizdə dövlət səviyyəsində icra edilən bu işlərə verdiyi böyük dəstəkdir.







07:00 / 05 Noyabr 2026
23
05:00 / 05 Noyabr 2026
93
03:30 / 05 Noyabr 2026
95
01:05 / 05 Noyabr 2026
125
00:23 / 05 Noyabr 2026
383
00:18 / 05 Noyabr 2026
323
00:16 / 05 Noyabr 2026
926
23:48 / 04 Noyabr 2026
306
23:44 / 04 Noyabr 2026
254
23:40 / 04 Noyabr 2026
209
23:35 / 04 Noyabr 2026
195
23:33 / 04 Noyabr 2026
162
23:30 / 04 Noyabr 2026
203
23:26 / 04 Noyabr 2026
135
23:22 / 04 Noyabr 2026
185
23:17 / 04 Noyabr 2026
228
23:14 / 04 Noyabr 2026
140
23:12 / 04 Noyabr 2026
147
23:04 / 04 Noyabr 2026
214
22:59 / 04 Noyabr 2026
219
22:51 / 04 Noyabr 2026
165
22:38 / 04 Noyabr 2026
179
22:34 / 04 Noyabr 2026
371
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.