Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
24 Avqust 2026, 12:44
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
55
24.08.2026, 12:58
“Euronews”da Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı məqalə dərc edilib.
Oxu24.com xəbər verir ki, məqalədə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması və bank, energetika, turizm və mədənçilik sahələrində yeni layihələrin həyata keçirilməsinin planlaşdırıldığı qeyd olunub.
Yazıda Azərbaycan və Özbəkistanın 2027-ci ildə FIFA U-20 Dünya Kubokuna birgə ev sahibliyi edəcəyi də xüsusi vurğulanıb.
“2030-cu ilə qədər Azərbaycan və Özbəkistan arasında ikitərəfli ticarətin həcminin bir milyard dollara qaldırılması “Əbədi Dostluq” razılaşmasının hədəflərindən biridir. Bu razılaşma Prezident Əliyevin Özbəkistana iki günlük səfərinin ən mühüm hadisələrindən biridir”, – məqalədə bildirilib.
İqtisadi əməkdaşlıq və investisiyalar
İki ölkənin 2023-cü ildə Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin əsasını qoyması, 2026-cı ildə ölkələr arasında ticarətin həcminin artması, energetika, geologiya, kimyəvi maddələr, tikinti, maliyyə və kənd təsərrüfatı sahələrində əlaqələrin inkişaf etdiyi qeyd olunub.
Trans-Xəzər əməkdaşlığı və Orta Dəhliz
Yazıda Azərbaycan və Özbəkistan arasında Trans-Xəzər əməkdaşlığına da diqqət çəkilib.
“Hər iki lider Orta Dəhlizdə konnektivliyin gücləndirilməsi məsələsində razılığa gəliblər. Burada əsas diqqət logistika infrastrukturunun yaxşılaşdırılması və Trans-Xəzər şəbəkəsi vasitəsilə Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında yük daşınmasının həcmini artırmaqdır”, – məqalədə qeyd olunub.
Məqalədə Prezident İlham Əliyevin Azərbaycan və Mərkəzi Asiyanı “vahid geosiyasi və geoiqtisadi region” adlandırmasına da diqqət çəkilib.
Xəzər dənizində birgə donanma və tranzit
Məqalədə bildirilir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xəzər dənizində birgə donanmanın yaradılması üzrə işlərin sürətləndirilməsi planlarını açıqlayıb. 2025-ci ildə Özbəkistan ilə Azərbaycan arasında tranzit yükdaşımalarının həcmi 1,4 milyon tona çatıb. 2026-cı ilin ilk yarısında isə bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz artaraq 675 min ton təşkil edib. Bu rəqəmləri Prezident İlham Əliyev səfərindən əvvəl Özbəkistanın dövlət xəbər agentliyi UzA-ya verdiyi müsahibədə açıqlayıb. Prezident İlham Əliyev həmçinin hazırda tikintisi davam edən Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun gələcəkdə Orta Dəhliz və Cənubi Qafqaz üzərindən keçən digər nəqliyyat marşrutları ilə birləşdirilə biləcəyini qeyd edib.
Avropa İttifaqının Orta Dəhlizə marağı
Məqalədə Avropa İttifaqının Trans-Xəzər şəbəkəsinə dəstəyi barədə də danışılıb. Burada əsasən Aİ-nin Orta Dəhlizə və Azərbaycan üzərindən keçən nəqliyyat və enerji bağlantılarına marağından bəhs olunur. Aİ-nin Trans-Xəzər şəbəkəsini dəstəklədiyi, əsas məqsədin Mərkəzi Asiyanı Avropa ilə daha sürətli birləşdirmək olduğu vurğulanıb. Hədəf yükdaşımaların Avropa ilə Mərkəzi Asiya arasında 15 gün və ya daha az müddətdə həyata keçirilməsidir. 2024-cü ildə Avropa və beynəlxalq tərəfdaşlar Mərkəzi Asiyada nəqliyyat layihələri üçün 10 milyard avroluq mövcud və planlaşdırılan investisiya öhdəliyi açıqlayıblar. Bundan əlavə, Aİ Qara dəniz regionu və Cənubi Qafqazda bağlantı layihələrinə də maliyyə ayırmağa çalışır. İyun ayında Avropa Komissiyası beynəlxalq maliyyə qurumları ilə razılaşmalar imzalayıb və bunun nəticəsində 2 milyard avroya qədər maliyyənin səfərbər edilməsi gözlənilir.
Yaşıl enerji dəhlizi
Məqalədə enerji sahəsində əməkdaşlığın da mühüm istiqamət olduğu qeyd olunur. Azərbaycan, Qazaxıstan və Özbəkistan “yaşıl enerji dəhlizi” yaratmaq üzərində çalışırlar. Məqsəd üç ölkənin elektrik sistemlərini bir-birinə bağlamaqdır. Bu layihənin gələcəkdə Qazaxıstan və Özbəkistanda istehsal olunan bərpa olunan elektrik enerjisinin Xəzər dənizindən keçərək Azərbaycana, oradan isə Avropa bazarlarına ötürülməsinə imkan yarada biləcəyi bildirilir.
2027 FIFA U-20 Dünya Kuboku
Məqalədə deyilir ki, Azərbaycan və Özbəkistan 2027-ci ildə FIFA U-20 Dünya Kubokuna birgə ev sahibliyi edəcəklər. Bu qərar 2025-ci ildə FIFA Şurası tərəfindən qəbul edilib. Belə ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev turnirə hazırlıq çərçivəsində “İki ölkə – bir çempionat” adlı birgə proqramın həyata keçiriləcəyini açıqlayıb.
Mədəniyyət, turizm və şəhərlərarası əməkdaşlıq
Məqalədə həmçinin qeyd olunur ki, iki ölkə pensiya sistemi, mədəniyyət və turizm, eləcə də xarici işlər və ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında müxtəlif sazişlər imzalayıblar. Bundan əlavə, şəhərlər arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə Urgenç şəhərinin Xankəndi və Naxçıvanla, Buxaranın isə Laçınla tərəfdaşlıq əlaqələri quracağı bildirilib.
Təhsil və Azərbaycan parkı
Məqalədə daha sonra deyilir ki, iki lider Yeni Daşkənddə Nizami adına Milli Pedaqoji Universitetin yeni kampusunun açılışını həyata keçiriblər. Bildirilir ki, 40 hektarlıq ərazini əhatə edən kampus 20 min tələbə üçün nəzərdə tutulub.
Həmçinin, Yeni Daşkənddə 4 hektarlıq Azərbaycan Parkının yaradılması üzrə işlərə başlanıldığı qeyd olunur. Bu parkın Bakıda yaradılması planlaşdırılan Özbəkistan Parkına bənzər olacağı bildirilir.
13:47 / 24 Avqust 2026
1
13:36 / 24 Avqust 2026
32
13:23 / 24 Avqust 2026
197
13:23 / 24 Avqust 2026
44
13:21 / 24 Avqust 2026
46
12:44 / 24 Avqust 2026
63
12:38 / 24 Avqust 2026
85
12:37 / 24 Avqust 2026
137
12:35 / 24 Avqust 2026
62
12:26 / 24 Avqust 2026
91
12:15 / 24 Avqust 2026
77
12:01 / 24 Avqust 2026
352
11:55 / 24 Avqust 2026
78
11:38 / 24 Avqust 2026
87
11:24 / 24 Avqust 2026
77
11:12 / 24 Avqust 2026
77
11:09 / 24 Avqust 2026
83
11:05 / 24 Avqust 2026
75
10:59 / 24 Avqust 2026
65
10:56 / 24 Avqust 2026
82
10:52 / 24 Avqust 2026
88
10:47 / 24 Avqust 2026
69
10:40 / 24 Avqust 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.