Rusiya bu ticarət mərkəzinə zərbə endirib
21 Avqust 2026, 22:11
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
236
17.08.2026, 12:27
Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Babək Mürsəl oğlu Ələkbərova "general-leytenant" ali hərbi rütbəsi verilib.
Oxu24.com Babək Ələkbərovun dosyesini təqdim edir.
Babək Mürsəl oğlu Ələkbərov 24 dekabr 1987-ci ildə Abşeron rayonunda anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı (2023-cü ildən), Vətən Müharibəsi Qəhrəmanıdır.
Əslən Qərbi Azərbaycandandır.
Babək Ələkbərov 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2006-2010-cu illərdə isə MTN-nin Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan "leytenant" rütbəsində məzun olub. Məzun olduqdan sonra Sərhəd Qoşunlarının Çevik Hərəkət Qüvvələrində xidmətə başlayıb. 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə "İgidliyə görə" medalı ilə təltif edilib.
27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. Arazboyu əməliyyatlarda böyük şücaət göstərib, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə edib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Babək Ələkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.
Ailəlidir, 3 övladı var.//oxu.az
23:49 / 21 Avqust 2026
1
23:00 / 21 Avqust 2026
31
22:39 / 21 Avqust 2026
32
22:25 / 21 Avqust 2026
54
22:11 / 21 Avqust 2026
61
21:57 / 21 Avqust 2026
72
21:30 / 21 Avqust 2026
65
20:56 / 21 Avqust 2026
71
20:52 / 21 Avqust 2026
66
20:14 / 21 Avqust 2026
77
19:42 / 21 Avqust 2026
91
19:21 / 21 Avqust 2026
93
19:08 / 21 Avqust 2026
168
18:46 / 21 Avqust 2026
98
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
94
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
111
17:59 / 21 Avqust 2026
96
17:45 / 21 Avqust 2026
121
17:30 / 21 Avqust 2026
101
17:10 / 21 Avqust 2026
133
17:00 / 21 Avqust 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.