Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri başlayıb
04 Noyabr 2026, 23:12
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
365
08.08.2026, 01:32
İran Prezidenti Məsud Pezeşkan ölkəsinin hərbi imkanlarının məhv edilməsinə imkan verməyəcəklərini bildirib.
Oxu24.com xəbər verir ki, İran lideri hədəflərinin ölkəni zəiflətmək olduğunu vurğulayıb:
"İşğalçıların məqsədi bizi tamamilə tərksilah etmək idi. Əgər buna nail olsaydılar, Qəzzada etdikləri kimi torpaqlarımızı gəlib məhv edərdilər, biz də aciz qalardıq. Məgər onlara hərbi və müdafiə imkanlarımızdan məhrum olmağımıza və qarşılarında baş əyməyimizə icazə vermək düzgündür? Biz bunu etməyəcəyik", – deyə Pezeşkan bildirib.
İran Prezidenti qeyd edib ki, digər ölkələrə müdaxilə etmək niyyətləri yoxdur, ərazi işğalına və ya "Böyük İran" yaratmağa çalışmırlar, əksinə, bütün qonşu dövlətləri qardaş hesab edirlər, lakin İsrail islam dövlətlərinin sərhədlərinə hörmət etmir və torpaqları zəbt etməyə fokuslanıb. O əlavə edib ki, İsrail və ABŞ Fars körfəzi ölkələrini İrana qarşı qaldırmağa çalışırlar, onlar isə bunun qarşısını almağa çalışırlar, lakin daxili fikir ayrılıqları səbəbindən çətinliklərlə üzləşirlər və düşmənlər də məhz bundan istifadə edirlər. Bütün müsəlmanların qardaş olduğunu və bunu nümayişkaranə deyil, səmimi şəkildə dediyini vurğulayan Pezeşkan, Fransayla "snapback" mexanizminin işə düşməsinin qarşısını almaq üçün aparılan danışıqlarda müəyyən anlaşmaya nail olsalar da, ABŞ-ın buna imkan vermədiyini, Avropanın isə müstəqil qərarlar qəbul etmək səlahiyyətinə malik olmadığını diqqətə çatdırıb.
07:00 / 05 Noyabr 2026
23
05:00 / 05 Noyabr 2026
93
03:30 / 05 Noyabr 2026
95
01:05 / 05 Noyabr 2026
125
00:23 / 05 Noyabr 2026
383
00:18 / 05 Noyabr 2026
323
00:16 / 05 Noyabr 2026
926
23:48 / 04 Noyabr 2026
306
23:44 / 04 Noyabr 2026
254
23:40 / 04 Noyabr 2026
209
23:35 / 04 Noyabr 2026
195
23:33 / 04 Noyabr 2026
162
23:30 / 04 Noyabr 2026
203
23:26 / 04 Noyabr 2026
135
23:22 / 04 Noyabr 2026
185
23:17 / 04 Noyabr 2026
228
23:14 / 04 Noyabr 2026
140
23:12 / 04 Noyabr 2026
147
23:04 / 04 Noyabr 2026
214
22:59 / 04 Noyabr 2026
219
22:51 / 04 Noyabr 2026
165
22:38 / 04 Noyabr 2026
179
22:34 / 04 Noyabr 2026
371
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.