Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
28 İyul 2026, 23:54
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
79
29.07.2026, 14:15
Politoloq Zaxarovanın açıqlamasını şərh etdi: “KTMT-nin Qarabağa müdaxiləsi hüquqi baxımdan mümkün deyildi”
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Qvardeysk” gənclər forumundakı son açıqlamaları regional siyasətdə yeni müzakirələrə yol açıb. Zaxarova bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Dağlıq Qarabağ münaqişəsində iştirakı hüquqi baxımdan mümkün deyildi, çünki Ermənistanın özü də bu ərazini tanımırdı. Rusiya rəsmisinin bu fikirləri Moskva-Yerevan oxunda gərginliyin artdığı bir vaxtda həm keçmiş mövqelərə hüquqi haqq qazandırmaq, həm də Yerevana açıq siyasi mesaj kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Ramiyə Məmmədova Rusiya rəsmisinin bəyanatını, KTMT-nin hüquqi çərçivəsini və Moskva-Yerevan münasibətlərindəki son durumu ətraflı şərh edib.
Politoloq bildirib ki, ilk növbədə qeyd etmək lazımdır ki, Mariya Zaxarova bu açıqlaması ilə həm müəyyən siyasi məqsədlər güdür, həm də geçmişdən gələn məsələləri bir daha qabardır:
“Beynəlxalq hüquq müstəvisində KTMT yalnız beynəlxalq səviyyədə ərazi bütövlüyü tanınmış dövlətlərlə bağlı hər hansı bir qərar qəbul edə bilər. Əgər beynəlxalq səviyyədə bu torpaqlar hansısa bir dövlətin ərazisi sayılırsa, KTMT-yə üzv olan ölkələr yalnız o zaman məsələyə müdaxilə edə bilərlər. Lakin sözügedən ərazilər tanınmırsa, təbii ki, KTMT bu məsələni nə müzakirə edəcək, nə də prosesə daxil olacaqdı”.
Onun sözlərinə görə, KTMT-nin hüquqi baxımından bu işə qatılması və ya hər hansı bir fikir bildirməsi doğru-düzgün deyildi. Ona görə də bu məsələdə təşkilatın bütün üzvləri tərəfindən birnalı olaraq Qarabağın Azərbaycan torpağı kimi qəbul olunmasına və KTMT-də bu mövzunun tamamilə müzakirə edilməməsinə səs verildi. Zaxarova da öz çıxışında hər dəfə bunu izah edir və bu məqama toxunur.
Zaxarovanın burada vurğuladığı əsas məsələdən bəhs edərkən R.Məmmədova qeyd edib ki, Ermənistanın özü bu torpaqları heç vaxt Ermənistan torpağı kimi qəbul etməyib. Etmədiyinə görə də bu məsələnin KTMT müstəvisində müzakirəsi mümkün deyildi. Yəni bir nəticə olaraq, Ermənistan özü öz dediklərini təkzib edir:
“Bu torpaqlar Ermənistanın özü tərəfindən də Azərbaycan torpaqları kimi qəbul olunduğu üçün KTMT-nin münaqişəyə hər hansı bir müdaxilə etməsi imkansız sayılırdı. Ermənistan uzun müddətdir — xüsusilə müharibə dönəmindən bu yana — KTMT-nin bu məsələ ilə bağlı hərəkətə keçməsini istəyirdi. Ancaq buna nail ola bilmədi. Çünki nə Rusiya, nə də digər KTMT ölkələri bu məsələyə müdaxilə olunması üçün razılıq vermədilər. Buna görə də Ermənistan hər zaman KTMT-ni suçlamaqla, onlara yetərincə yardım göstərilməməsini və dəstək verilməməsini iddia etməklə məşğuldur”.
Politoloq vurğulayıb ki, bu bəyanat həm də Ermənistana birbaşa ismarıcdır. Çünki Ermənistanla Rusiyanın münasibətləri uzun zamandır ki, artıq bir soyuma mərhələsindədir. Ermənistanın Qərbə yaxınlaşması Rusiya tərəfindən qəbul edilmir:
“Bu yaxınlarda bilirsiniz ki, Putin tərəfindən referendum keçirilməsi — Avrasiya İqtisadi İttifaqında qalmaq, yoxsa Avropa Birliyinə üzv olmaqla bağlı referendum tələbi də gündəmə gətirildi”.
“Bu gün demək lazımdır ki, Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsi və bu zəmində torpaqların geri qaytarılması məsələsində Ermənistan KTMT-ni günahlandırır. Rusiya isə öz növbəsində Ermənistana yenidən mövqeyini seçməsi, kiminlə olacağını müəyyənləşdirməsi üçün bir seçim verir və hansı tərəfdə olacaqsa, o yolla da yürüməsini, seçim etməsini istəyir”,- deyə R.Məmmədova əlavə edib.
Çimnaz Telmanqızı
16:11 / 29 İyul 2026
1
15:53 / 29 İyul 2026
40
15:39 / 29 İyul 2026
42
15:20 / 29 İyul 2026
51
15:09 / 29 İyul 2026
56
14:59 / 29 İyul 2026
54
14:45 / 29 İyul 2026
62
14:30 / 29 İyul 2026
61
13:59 / 29 İyul 2026
63
13:35 / 29 İyul 2026
84
13:30 / 29 İyul 2026
69
13:10 / 29 İyul 2026
81
13:08 / 29 İyul 2026
80
12:55 / 29 İyul 2026
72
12:51 / 29 İyul 2026
78
12:45 / 29 İyul 2026
89
12:30 / 29 İyul 2026
94
12:25 / 29 İyul 2026
87
12:20 / 29 İyul 2026
74
12:13 / 29 İyul 2026
83
12:10 / 29 İyul 2026
78
12:00 / 29 İyul 2026
94
11:40 / 29 İyul 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.