Füzuli Rzaquliyev dünyasını dəyişib
09 Noyabr 2026, 13:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
325
29.07.2026, 14:45
Ağdamda qazıntı işləri zamanı aşkarlanan çox sayda ilan görüntülərinə aydınlıq gətirilib.
Belə ki, Ağdamda eskavatorla qazıntı işləri aparılan zaman çox sayda ilanın aşkarlanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hadisə ilə bağlı yayılan görüntülərdə ilanların gürzə olduğu iddia edilir.
Bəs ərazidə bu sayda ilanın bir araya gəlməsi nə ilə bağlıdır? Bu, normal haldırmı? İlanların öldürülmədən ərazidə qalması gələcəkdə onların sayının artmasına və yaşayış məntəqələrinə yaxınlaşaraq insanlar üçün təhlükə yaratmasına səbəb ola bilərmi?
Musavat.com xəbər verir ki, mövzu ilə bağlı Canlı Sistemlərin Tədqiqi İnstitutunun laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İskəndərov Trend-ə bildirib ki, ilanların bu cür kütləvi şəkildə bir araya gəlməsi su ilanları üçün xarakterikdir. Onun sözlərinə görə, su ilanları çoxalma və cütləşmə dövründə belə qrup halında toplaşa bilirlər.
"Bu hal adətən dənizdəki adalarda və arxipelaqlarda müşahidə olunur. Ətraf ərazilərdə məskunlaşan su ilanları çoxalma vaxtı adada bir yerə toplaşırlar. Bəzən yüzə qədər və daha çox sayda ilan belə qrup halında bir araya gəlir.
Bu hadisə Ağdamda baş verib. Yəqin ki, yaxınlıqda su ərazisi var. Çoxalma və cütləşmə dövrü ilə əlaqədar olaraq belə bir kütləvi toplanma baş verib. Mənə elə gəlir ki, bunlar su ilanlarıdır. Cütləşmək üçün quruya çıxaraq partnyor axtarırlar", – deyə o bildirib.
T. İskəndərov qeyd edib ki, su ilanları yuxarıdan baxdıqda müxtəlif rəng və naxışlarda görünə bilirlər.
"Əslində, rəng və naxışları fərqli olsa da, bunlar su ilanlarıdır. Videoda ilanları yaxından və dəqiq görmək mümkün deyil, amma bu xüsusiyyət məhz su ilanlarına xasdır", – deyə o əlavə edib.
13:44 / 09 Noyabr 2026
1
13:21 / 09 Noyabr 2026
55
13:11 / 09 Noyabr 2026
97
12:57 / 09 Noyabr 2026
715
12:55 / 09 Noyabr 2026
86
12:40 / 09 Noyabr 2026
180
12:27 / 09 Noyabr 2026
117
12:15 / 09 Noyabr 2026
279
12:03 / 09 Noyabr 2026
1011
11:56 / 09 Noyabr 2026
120
11:56 / 09 Noyabr 2026
159
11:43 / 09 Noyabr 2026
123
11:37 / 09 Noyabr 2026
266
11:34 / 09 Noyabr 2026
116
11:30 / 09 Noyabr 2026
107
11:22 / 09 Noyabr 2026
116
11:09 / 09 Noyabr 2026
362
11:05 / 09 Noyabr 2026
166
10:55 / 09 Noyabr 2026
228
10:51 / 09 Noyabr 2026
445
10:44 / 09 Noyabr 2026
204
10:38 / 09 Noyabr 2026
267
10:30 / 09 Noyabr 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.