Əli Əsədov yeni qərar imzaladı
27 İyul 2026, 16:16
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
240
13.07.2026, 11:16
Azərbaycan-Rusiya münasibətləri tam şəkildə normallaşıb.
Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Rusiya ilə münasibətlərə dair suala cavabında bildirib.
“Bir daha qeyd etmək istəyirəm ki, biz Rusiya ilə münasibətlərə böyük dəyər veririk. Rusiya Federasiyasının rəsmi şəxslərinin, o cümlədən Prezident Putinin ölkələrimiz arasında münasibətlərin müsbət dinamika ilə inkişaf etməsinə dair bəyanatlarını da görmüşük. Müəyyən çətinliklərdən danışdınız. Bəli, onların hamısını bilirik. Ancaq əsas odur ki, həmin mərhələ artıq arxada qalıb. Mən deyərdim ki, münasibətlər tam şəkildə normallaşıb. Müxtəlif səviyyələrdə təmaslar davam edir. Həm hökumətlər səviyyəsində, həm hökumətlərarası komissiyanın həmsədrləri arasında, həm Xarici İşlər nazirlikləri, həm də Prezident administrasiyaları xətti ilə fəal əlaqələr mövcuddur. Bu baxımdan hesab edirəm ki, hər şey normal inkişaf edir və biz bundan məmnunuq. Rusiya ilə Azərbaycan arasında münasibətlər həm ikitərəfli əməkdaşlıq, həm də daha geniş coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Bu münasibətlər həm ənənəvi əməkdaşlıq sahələrini, həm də gələcəkdə yarana biləcək yeni istiqamətləri əhatə edir. Burada nəqliyyat məsələləri xüsusi əhəmiyyət kəsb edir. Ticarət və humanitar əməkdaşlıq da vacib istiqamətlərdəndir”, - dövlət başçısı qeyd edib.
16:21 / 27 İyul 2026
1
16:18 / 27 İyul 2026
14
16:16 / 27 İyul 2026
23
15:59 / 27 İyul 2026
35
15:45 / 27 İyul 2026
55
15:21 / 27 İyul 2026
68
15:20 / 27 İyul 2026
63
15:17 / 27 İyul 2026
58
14:59 / 27 İyul 2026
71
14:34 / 27 İyul 2026
67
14:28 / 27 İyul 2026
65
14:04 / 27 İyul 2026
87
13:59 / 27 İyul 2026
92
13:55 / 27 İyul 2026
76
13:50 / 27 İyul 2026
91
13:47 / 27 İyul 2026
66
13:40 / 27 İyul 2026
97
13:30 / 27 İyul 2026
91
13:15 / 27 İyul 2026
88
12:59 / 27 İyul 2026
86
12:45 / 27 İyul 2026
79
12:45 / 27 İyul 2026
92
12:38 / 27 İyul 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.