Pezeşkian Moskvaya səfər edəcək
24 Oktyabr 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
543
27.07.2026, 13:55
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.
Sənədin mətni Azərbaycan Respublikası Prezidentinin rəsmi saytında dərc edilib.
Sərəncamda bildirilib ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurası Bürosunun 2026-cı il 25 iyun tarixli iclasında 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) 2026-cı il oktyabrın 22-31-də Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.
Vurğulanıb ki, idman tarixində ilk dəfə keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı və festivalına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq idman aləmində artan nüfuzunun daha da möhkəmlənməsinə, futbolun inkişafına və Azərbaycanın mötəbər yarışların təşkili sahəsində qazandığı təcrübənin zənginləşməsinə xidmət edəcək.
Sərəncama əsasən, 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının Azərbaycanda keçirilməsi ilə bağlı tədbirlərin əlaqələndirilməsi və zəruri məsələlərin həlli 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekabr tarixli 849 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinə həvalə edilib.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
21:12 / 24 Oktyabr 2026
32
21:07 / 24 Oktyabr 2026
35
20:52 / 24 Oktyabr 2026
60
20:34 / 24 Oktyabr 2026
66
20:31 / 24 Oktyabr 2026
443
20:12 / 24 Oktyabr 2026
73
20:05 / 24 Oktyabr 2026
74
19:55 / 24 Oktyabr 2026
76
19:40 / 24 Oktyabr 2026
80
19:09 / 24 Oktyabr 2026
103
18:55 / 24 Oktyabr 2026
81
18:40 / 24 Oktyabr 2026
89
18:27 / 24 Oktyabr 2026
87
18:20 / 24 Oktyabr 2026
240
18:13 / 24 Oktyabr 2026
107
18:07 / 24 Oktyabr 2026
80
18:02 / 24 Oktyabr 2026
575
17:59 / 24 Oktyabr 2026
86
17:59 / 24 Oktyabr 2026
507
17:38 / 24 Oktyabr 2026
2143
17:27 / 24 Oktyabr 2026
747
17:19 / 24 Oktyabr 2026
284
16:25 / 24 Oktyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.