Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ!
03 Oktyabr 2026, 10:18
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
440
27.07.2026, 15:59
Bank krediti götürən şəxsin vəfat etməsindən sonra onun borcunun kim tərəfindən ödənilməsi cəmiyyətdə ən çox müzakirə olunan hüquqi məsələlərdən biridir. Bir çox vətəndaş hesab edir ki, borcalan dünyasını dəyişdikdə kredit avtomatik olaraq ailə üzvlərinin üzərinə keçir. Lakin qanunvericilik bu məsələyə fərqli yanaşır.
Oxu24.com-a açıqlama verən vəkil Aysel Əhmədova bildirib ki, vəfat etmiş şəxsin kredit öhdəliyi onun varislərinə yalnız mirasın həcmi çərçivəsində keçə bilər. Yəni, varislər şəxsi əmlakları hesabına mərhumun bütün borclarını ödəməyə məcbur deyillər.
Vəkilin sözlərinə görə, əsas prinsip ondan ibarətdir ki, varis yalnız qəbul etdiyi mirasın dəyəri həddində məsuliyyət daşıyır.
"Məsələn, təsəvvür edək ki, vəfat etmiş şəxsin bank hesabında 500 manat vəsait qalıb və varis həmin məbləği miras kimi qəbul edib. Eyni zamanda mərhumun banka 10 min manat kredit borcu var. Bu halda bank varisdən 10 min manat tələb edə bilməz. Varisin məsuliyyəti yalnız qəbul etdiyi 500 manatlıq mirasın dəyəri qədər olacaq. Yəni o, şəxsi gəliri və ya öz əmlakı hesabına əlavə borc ödəməyə məcbur deyil", – deyə vəkil bildirib.
Aysel Əhmədovanın sözlərinə görə, Mülki Məcəllənin tələblərinə əsasən, miras qəbul edən şəxs yalnız miras əmlakının dəyəri həddində borclara görə cavabdehlik daşıyır. Əgər mərhumdan heç bir əmlak və ya pul vəsaiti qalmayıbsa və şəxs faktiki olaraq mirası qəbul etməyibsə, həmin şəxsin bank qarşısında öhdəliyi də yaranmır.
Vəkil qeyd edib ki, banklar belə hallarda ilk növbədə notariat qaydasında açılmış vərəsəlik işini araşdırır və mirası qəbul etmiş şəxsləri müəyyənləşdirirlər. Bundan sonra isə tələb yalnız mirasın həcmi çərçivəsində irəli sürülə bilər.
Mütəxəssis kredit müqavilələri bağlanarkən tez-tez rast gəlinən kredit sığortası məsələsinə də toxunub.
Onun sözlərinə görə, əgər kredit sığortalanıbsa, bu zaman borcun taleyi sığorta müqaviləsinin şərtlərindən asılı olur.
"Bir çox vətəndaş kredit götürərkən müxtəlif sənədlərə imza atır, lakin onların hansı şərtləri ehtiva etdiyini tam oxumur. Əgər kredit üzrə həyat sığortası mövcuddursa və borcalanın vəfatı sığorta hadisəsi hesab edilirsə, həmin kreditin ödənilməsi sığorta şirkətinin üzərinə düşə bilər. Lakin bunun üçün bir neçə vacib şərt var", – deyə hüquqşünas bildirib.
Aysel Əhmədovanın sözlərinə görə, ilk növbədə borcalanın ölümü sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsinə uyğun olmalıdır. Bundan başqa, hadisə sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə baş verməlidir. Əgər bu şərtlər ödənilərsə, kredit borcu sığorta şirkəti tərəfindən qarşılanır və varislər əlavə maliyyə yükü ilə üzləşmirlər.
Vəkil vurğulayıb ki, hər bir hadisəyə ayrıca hüquqi qiymət verilməlidir.
"Burada əsas sənəd sığorta müqaviləsidir. Həmin müqavilədə hansı risklərin sığortalandığı, hansı halların istisna təşkil etdiyi və ödəniş şərtləri ətraflı göstərilir. Ona görə də konkret nəticə çıxarmaq üçün mütləq həmin sənədlər araşdırılmalıdır", – deyə o qeyd edib.
Hüquqşünas əlavə edib ki, praktikada kreditlərin hamısı həyat sığortası ilə təmin olunmur.
"Mənim müşahidələrimə əsasən, kreditlərin böyük hissəsi həyat sığortası ilə rəsmiləşdirilmir. Xüsusilə istehlak kreditlərində belə hallara daha az rast gəlinir. Buna görə də vətəndaşlar kredit müqaviləsini imzalayarkən onun sığortalı olub-olmadığını, sığorta haqqının ödənilib-ödənilmədiyini və sığorta hadisələrinin hansı halları əhatə etdiyini mütləq dəqiqləşdirməlidirlər", – deyə Aysel Əhmədova bildirib.
Vəkilin sözlərinə görə, bu məsələlər əvvəlcədən aydınlaşdırıldığı təqdirdə, sonradan həm varislər, həm də bankla bağlı yarana biləcək hüquqi mübahisələrin qarşısını almaq mümkündür.
19:23 / 04 Oktyabr 2026
26
19:16 / 04 Oktyabr 2026
40
19:09 / 04 Oktyabr 2026
49
18:44 / 04 Oktyabr 2026
44
18:34 / 04 Oktyabr 2026
41
17:50 / 04 Oktyabr 2026
70
17:45 / 04 Oktyabr 2026
71
17:35 / 04 Oktyabr 2026
78
17:30 / 04 Oktyabr 2026
475
17:23 / 04 Oktyabr 2026
262
17:20 / 04 Oktyabr 2026
52
16:58 / 04 Oktyabr 2026
2207
16:56 / 04 Oktyabr 2026
235
16:55 / 04 Oktyabr 2026
179
16:53 / 04 Oktyabr 2026
198
16:51 / 04 Oktyabr 2026
85
16:49 / 04 Oktyabr 2026
76
14:30 / 04 Oktyabr 2026
101
14:04 / 04 Oktyabr 2026
137
14:00 / 04 Oktyabr 2026
98
13:55 / 04 Oktyabr 2026
72
13:44 / 04 Oktyabr 2026
313
13:40 / 04 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.