ATƏT PA-da Azərbaycan və ABŞ heyətləri arasında görüş keçirilib
07 İyul 2026, 17:22
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
85
07.07.2026, 16:47
İyulun 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Sinqapur Respublikasının xarici işlər naziri Vivian Balakrişnan arasında telefon danışığı aparılıb.
XİN-in Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Sinqapur arasında mövcud ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər siyasi dialoqun intensivləşdirilməsi, qarşılıqlı səfərlər, iqtisadiyyat, ticarət, investisiyalar, rəqəmsal transformasiya, innovasiya, nəqliyyat-logistika, təhsil və insan kapitalının inkişafı kimi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialı, ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsi istiqamətində atılan addımların vacibliyini qeyd ediblər.
Çoxtərəfli platformalarda, o cümlədən BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb, beynəlxalq təşkilatların seçkili orqanlarına namizədliklər barədə fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov 1 avqust tarixindən etibarən Azərbaycan tərəfindən Sinqapur vətəndaşları üçün vizasız rejimin tətbiq olunması qərarı barədə məlumat verib, bu addımın xalqlar arasında təmasların genişlənməsinə, işgüzar əlaqələrin və turizmin inkişafına, həmçinin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Telefon danışığı zamanı regional təhlükəsizlik məsələləri də müzakirə olunub. Nazir Ceyhun Bayramov postmünaqişə dövründə regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində aparılan işlər barədə qarşı tərəfi məlumatlandırıb.
Bununla yanaşı, Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, regionda nəqliyyat və kommunikasiya xətlərinin açılmasının iqtisadi inteqrasiya və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin son illərdə strateji səviyyəyə yüksəldiyini, bu çərçivədə C6 formatı çərçivəsində əməkdaşlığın, habelə Xəzər dənizi, Orta Dəhliz və digər regional bağlantı layihələrinin Avrasiya məkanında dayanıqlı iqtisadi inteqrasiyanın təşviqinə mühüm töhfə verdiyi qeyd olunub.
Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
18:58 / 07 İyul 2026
33
18:26 / 07 İyul 2026
55
18:11 / 07 İyul 2026
52
17:55 / 07 İyul 2026
59
17:55 / 07 İyul 2026
59
17:40 / 07 İyul 2026
60
17:38 / 07 İyul 2026
57
17:30 / 07 İyul 2026
61
17:22 / 07 İyul 2026
71
17:18 / 07 İyul 2026
81
17:11 / 07 İyul 2026
75
17:05 / 07 İyul 2026
89
17:04 / 07 İyul 2026
78
16:35 / 07 İyul 2026
83
16:19 / 07 İyul 2026
105
16:13 / 07 İyul 2026
85
16:09 / 07 İyul 2026
95
16:01 / 07 İyul 2026
90
15:58 / 07 İyul 2026
102
15:43 / 07 İyul 2026
85
15:42 / 07 İyul 2026
102
15:36 / 07 İyul 2026
92
15:33 / 07 İyul 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.