Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
10 Noyabr 2026, 13:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1991
24.06.2026, 12:01
“Bildiyiniz kimi, 25 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib, aqrar sahədə olan mövcud vəziyyət geniş təhlil edilib, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, məhsuldarlığın artırılması və idxaldan asılılığın azaldılması istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub.
Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” qəbul edilib.
Cənab Prezidentin tapşırığına əsasən 12 iyun 2026-cı ildən başlayaraq, 13 iqtisadi zona üzrə bu proqramın geniş müzakirələri aparılıb”.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Sabirabada keçirilən regional müşavirədə çıxışında deyib.
Zeynal Nağdəliyevin sözlərinə görə, bu müzakirələrdə mərkəzi icra hakimiyyəti orqanlarından 350 nəfər, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan iri təsərrüfatların və aqroparkların, habelə emal müəssisələrinin rəhbərlərindən 3608 nəfər, aidiyyəti mərkəzi orqanların yerli qurumlarının rəhbər şəxslərindən 607 nəfər olmaqla ümumilikdə 4565 nəfər iştirak edib: “Müşavirələrdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan iri təsərrüfatların və aqroparkların rəhbərlərindən 51 nəfər çıxış edərək Azərbaycan Respublikası Prezidentinin çağırışına qoşulduqlarını bildirib və 72 təşəbbüs səsləndirib.
Bitkiçilik, heyvandarlıq, meyvəçilik, quşçuluq, balıqçılıq, kartofçuluq, çəltikçilik və emal sahələrinin inkişafına dair irəli sürülən təşəbbüslərin təhlili göstərir ki, investisiya qoyuluşunun ümumi məbləği təqribən 700 milyon manata yaxın təşkil edəcək”.
13:24 / 10 Noyabr 2026
1
13:20 / 10 Noyabr 2026
27
13:05 / 10 Noyabr 2026
59
13:00 / 10 Noyabr 2026
66
12:37 / 10 Noyabr 2026
152
12:31 / 10 Noyabr 2026
74
12:21 / 10 Noyabr 2026
315
12:18 / 10 Noyabr 2026
90
12:04 / 10 Noyabr 2026
105
12:00 / 10 Noyabr 2026
264
11:45 / 10 Noyabr 2026
1823
11:42 / 10 Noyabr 2026
95
11:39 / 10 Noyabr 2026
113
11:28 / 10 Noyabr 2026
114
11:16 / 10 Noyabr 2026
202
11:04 / 10 Noyabr 2026
116
10:45 / 10 Noyabr 2026
130
10:39 / 10 Noyabr 2026
894
10:32 / 10 Noyabr 2026
114
10:28 / 10 Noyabr 2026
175
10:21 / 10 Noyabr 2026
214
10:17 / 10 Noyabr 2026
131
10:15 / 10 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.