İlham Əliyev təbrik məktubu göndərdi
26 İyul 2026, 11:21
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
23075
22.06.2026, 23:08
Xəbər verdiyimiz kimi Bakıda 16–19 iyun tarixlərində İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantıları keçirildi.
Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək Azərbaycan ilə İslam İnkişaf Bankı (IsDB) arasında münasibətlərin uzunmüddətli və strateji xarakter daşıdığını xüsusi vurğulayıb.
İlham Əliyev qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra İslam İnkişaf Bankı ilə əməkdaşlıq ardıcıl şəkildə genişlənib və bu əməkdaşlıq ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayıb.
OXU: Nazir AÇIQLADI: Bu şəxslərin maaşları artırılır
İlham Əliyev həmçinin çıxışı zamanı bir sıra mühüm və strateji məqamlara toxundu. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri ölkə ərazisindən tranzit olunan yüklərin həcmini iki dəfə artırmaqdır.
Prezident qeyd etdi ki, bu məqsədə nail olmaq üçün nəqliyyat-logistika infrastrukturunun daha da inkişaf etdirilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarının genişləndirilməsi və ölkənin regional tranzit mərkəzi kimi mövqeyinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqeyi və son illərdə bu sahəyə qoyulan böyük investisiyalar yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması üçün geniş imkanlar yaradır.
Bəs Prezidentin müəyyənləşdirdiyi hədəf Azərbaycana nə qədər valyuta gətirəcək?
Oxu24.com bildirir ki, millət vəkili, iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, bu hədəfin reallaşması Azərbaycanın il ərzində beynəlxalq yükdaşımalardan 7 milyard manata yaxın gəlir əldə etməsinə imkan yaradacaq:
"2025-ci ildə dəmir yolları vasitəsi ilə daşınan 16 milyon 813 min ton yükün 14 milyon 269 min tonu beynəlxalq yükdaşımaların payına düşüb. Onun 6 milyon 695 min tonu birbaşa tranzit yüklər olub. İdxal yükləri 4 milyon 723 min ton, ixrac isə 2 milyon 850 min ton olub. Dəmir yolları üzrə yük daşınmasından əldə olunan gəlir 383 milyon 996 min manat olub. Onun da 333 milyon 911 min manatı isə beynəlxalq yükdaşımaların payına düşüb.
OXU: Azərbaycanda pensiyalarla bağlı yeni qərar gözlənilir
2025-ci ildə hava nəqliyyatı vasitəsi ilə yükdaşımalardan əldə edilən gəlir isə 2 milyard 398 milyon manat olub ki, onun da 2 milyard 397 miilyon manatı beynəlxalq yükdaşımaların payına düşüb.
Ötən il beynəlxalq yükdaşımalardan dəniz nəqliyyatı üzrə 57 milyon 382 min, boru kəmərlərii üzrə 266 milyon 560 min, avtomobil yolları üzrə 204 milyon 275 min manat gəlir əldə edilib.
Bu ilin ilk rübünün rəsmi yekunları da ümidvericidir. Dəmiryolu vasitəsi ilə bu ilin 3 ayı əldə edilən gəlir 96 milyon 049 manat olub ki, onun da 81 milyon 765 min manatı beynəlxalq yükdaşımaların payına düşüb. Hava nəqliyyatı vasitəsi ilə yükdaşımalardan əldə edilən gəlir isə 571 milyon 292 min manat olub ku, beynəlxalq yükdaşımaların payı 571 milyon 50 min manatdır.
Rəsmi rəqəmlər göstərir ki, ötən il beynəlxalq yükdaşımalardan əldə edilən gəlir 3.3 milyard manat olub. Bu o deməkdir ki, Azərbaycan Prezidenti tərəfindən müəyyənləşdirilmiş hədəfin reallaşması Azərbaycanın il ərzində beynəlxalq yükdaşımalardan 7 milyard manata yaxın gəlir əldə etməsinə imkan yaradacaq. Bu iqtisadiyyatın şaxələndirilməsinə dəstək olmaqla yanaşı, Azərbaycan dövlət gəlirlərinin artmasına şərait yaradacaq"
(musavat.com)
12:55 / 26 İyul 2026
21
12:35 / 26 İyul 2026
25
12:30 / 26 İyul 2026
85
12:23 / 26 İyul 2026
383
12:15 / 26 İyul 2026
59
12:00 / 26 İyul 2026
58
11:35 / 26 İyul 2026
397
11:30 / 26 İyul 2026
74
11:21 / 26 İyul 2026
133
11:13 / 26 İyul 2026
79
11:10 / 26 İyul 2026
68
11:05 / 26 İyul 2026
728
10:55 / 26 İyul 2026
74
10:47 / 26 İyul 2026
540
10:40 / 26 İyul 2026
68
09:50 / 26 İyul 2026
79
09:44 / 26 İyul 2026
685
09:43 / 26 İyul 2026
80
00:24 / 26 İyul 2026
152
23:29 / 25 İyul 2026
97
22:59 / 25 İyul 2026
153
22:45 / 25 İyul 2026
1008
22:39 / 25 İyul 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.